Təhsil 365 - Logo Mobile

ADNSU-nun rektoru ODTU-da təlimlərdə iştirak edəcək professor-müəllim heyəti ilə görüşüb

19705.09.2026 - 04:11
ADNSU-nun rektoru ODTU-da təlimlərdə iştirak edəcək professor-müəllim heyəti ilə görüşüb

Sentyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) keçiriləcək təlimlərdə iştirak edəcək professor-müəllim heyəti ilə görüşüb.

“Tehsil365” xəbər verir ki, Görüşdə ADNSU əməkdaşlarının ODTU-da əldə edəcəkləri bilik və təcrübənin universitetin tədris və elmi-tədqiqat fəaliyyətində tətbiqi məsələləri müzakirə olunub.

Rektor, dosent Rüfət Əzizov professor-müəllim heyətinə təlimlərdən maksimum faydalanmaları, beynəlxalq təcrübəni öyrənmələri və əldə olunan yeni biliklərin universitetdə tətbiqi ilə bağlı tövsiyələrini çatdırıb. O, səfərin həmçinin ODTU ilə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Görüş zamanı laboratoriya fəaliyyətinin təkmilləşdirilməsi, akademik potensialın gücləndirilməsi və əldə ediləcək təcrübənin gələcəkdə sənaye ilə əməkdaşlığın inkişafına töhfə verməsi məsələlərinə də diqqət çəkilib.

Qeyd edək ki, ADNSU-nun Neft-kimya mühəndisliyi, Proseslərin təhlükəsizliyi mühəndisliyi, Neft-qaz mühəndisliyi və Cihaz mühəndisliyi kafedralarından 18 nəfər professor-müəllim heyəti 7–11 sentyabr tarixlərində Türkiyənin Ankara şəhərində ODTU-nun “Neft Araşdırmaları Mərkəzi”ndə təşkil olunacaq təlimlərdə iştirak edəcək.

Təlimlər TÜRKAK tərəfindən akkreditasiya olunmuş mərkəzdə keçiriləcək və sınaq və kalibrləmə laboratoriyalarının səriştəsi, səriştəlilik sınaqları, statistik metodların tətbiqi, eləcə də cihazlarla praktiki iş istiqamətlərini əhatə edəcək.

Proqram çərçivəsində ADNSU əməkdaşlarının ODTU-nun mərkəzi laboratoriyası və digər tədqiqat mərkəzləri ilə tanışlığı, həmçinin həmin mərkəzlərə səfərləri də nəzərdə tutulur.

Təlim səfərinin əsas məqsədi professor-müəllim heyətinin müasir laboratoriya və tədqiqat metodları üzrə bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və əldə olunan təcrübənin ADNSU-da tədris və elmi-tədqiqat fəaliyyətinə tətbiq edilməsidir.

Nuray Babayeva

Xəbər Lenti

ABŞ-də dövlət işinə qəbulda YENİLİK: Müsahibəni AI aparacaq05.09.2026 - 06:58
MDU-da bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb05.09.2026 - 06:22
Xarici dil üzrə fəlsəfə doktoru imtahanından keçənlərə şəhadətnamə verilir05.09.2026 - 05:58
Sirkə turşusu içən 17 yaşlı tələbə qız öldü05.09.2026 - 05:30
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb05.09.2026 - 05:15
Günün havası - 35 dərəcə isti05.09.2026 - 04:47
680,6 baldan başlayan uğur: ATU-nun Stomatologiya fakültəsində yeni tələbə həyatı başlayır05.09.2026 - 04:38
600-dən yüksək balla ADPU-nu seçən 2 bacı05.09.2026 - 04:29
ADNSU-da doktoranturaya qəbul imtahanları keçirilib05.09.2026 - 04:20
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”05.09.2026 - 04:02
BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda04.09.2026 - 16:50
UNEC və Qırğızıstan universitetlərinin yeni əməkdaşlıq mərhələsi04.09.2026 - 14:30
Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir04.09.2026 - 11:00
Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisaslar04.09.2026 - 10:55
PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib04.09.2026 - 10:50
İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil ediləcək04.09.2026 - 10:45
BMU-ya yeni qəbul olan tələbələrlə görüş və ingilis dili səviyyə imtahanı keçiriləcək04.09.2026 - 10:40
BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir04.09.2026 - 10:35
İT İnstitutunun sosial media fəaliyyəti yenilənir04.09.2026 - 10:30
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı04.09.2026 - 10:25
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrin tarixi məlum oldu04.09.2026 - 10:20
ASA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər başlayacaq04.09.2026 - 10:15
Tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu04.09.2026 - 10:10
Ödənişdə güzəşt olunacaq bağçalar04.09.2026 - 10:05
“Təhsil müəssisələrinin hazırlıq səviyyəsi ötən illərlə müqayisədə bu il daha yaxşıdır” - Elçin Əfəndi04.09.2026 - 10:00
Bəzi məktəblərdə tədris onlayn olacaq04.09.2026 - 09:55
Naxçıvanın 4 məzunu qızıl və gümüş nişana layiq görülüb04.09.2026 - 09:50
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri işıq üzü gördü04.09.2026 - 09:45
Azərbaycana payız fəslinin daxil olacağı tarix04.09.2026 - 09:40
Şimal-qərb bölgəsinin ali məktəbə qəbul olan məzunları04.09.2026 - 09:35
Boş qalan yerlərə və kolleclərə qəbul nəticələri açıqlandı04.09.2026 - 09:30
Bu günə olan hava proqnozu04.09.2026 - 09:25
PISA tədqiqatları keçirilir - Prosesin detalları04.09.2026 - 09:20
“Şagirdlər baza səviyyəsindən aşağıdır” - Elnur Əliyev04.09.2026 - 09:15
Elnur Əliyev: “Şagirdlərin oxu bacarığı aşağıdır” 04.09.2026 - 09:10
PISA: “Prosesə müdaxilə etmirik”04.09.2026 - 09:05
Məktəbəqədər təhsilin əhatəsi 50%-ə çatacaq04.09.2026 - 09:00
Universitetlərə qəbulda yenilik04.09.2026 - 08:50
Kəllə sümüyündə yeni struktur aşkarlandı04.09.2026 - 08:45
Gələcəyin müəllimləri ilə bağlı təhsildə yeni yanaşma04.09.2026 - 08:40
İndoneziyada məktəbdə zəhərlənmə04.09.2026 - 08:35
“Qərb Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır“ - MEDİA04.09.2026 - 08:30
Jurnalist övladı həyatını itirdi04.09.2026 - 08:25
Peşə məktəblərində köçürülmə və bərpaya start verildi04.09.2026 - 08:20
Alimlər xəstəlikdən sonra yorğunluğun səbəbini aşkar etdilər04.09.2026 - 08:15
Türkiyədə təhsil haqlarını artıran universitetlər araşdırılacaq04.09.2026 - 08:10
Xərçəngə qalib gələn tələbə avtoqəzada həyatını itirdi04.09.2026 - 08:05