Təhsil 365 - Logo Mobile

“Səyyar Gənclər Xidməti” bu dəfə Lerik gənclərini bir araya gətirib

14007.09.2026 - 07:55
“Səyyar Gənclər Xidməti” bu dəfə Lerik gənclərini bir araya gətirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan "Səyyar Gənclər Xidməti" layihəsi 31 avqust-4 sentyabr tarixlərində Lerik rayonunda fəaliyyət göstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər göstərib.

“Tehsil365” xəbər verir ki,layihənin Lerikdə baş tutan açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev layihənin region gənclərinin bilik və bacarıqlarının inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Gənclərin təşəbbüskarlığının artırılması, liderlik və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, onların innovativ düşüncə və yaradıcılıq potensialının təşviq olunmasının vacibliyi çıxışlar zamanı toxunulan əsas məqamlar olub.

Əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etmək olan layihənin beş günlük zəngin proqramı çərçivəsində açıq hava şəraitində qurulan "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonaları Lerik gənclərinin böyük marağına səbəb olub. Gənclər bu məkanlarda təşkil olunan vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Bununla yanaşı, iştirakçılar üçün ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi ilə bağlı peşəkar mütəxəssislər tərəfindən təlimlər keçirilib. Eyni zamanda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maarifləndirici sessiyalar təşkil olunub. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər müxtəlif həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, “Səyyar Gənclər Xidmət” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. “Gənclərlə, gənclər üçün” devizi altında keçirilən layihə noyabr ayınadək respublikanın 20 şəhər və rayonunun ucqar kəndlərindən olan 8 mindən çox gənci əhatə edəcək.











Ləman Rəhimli

Xəbər Lenti

Yeni maqnit qasırğası ehtimal olunur07.09.2026 - 09:10
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsinin nəticələrini elan edir07.09.2026 - 09:04
Sabaha olan hava proqnozu07.09.2026 - 09:00
Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb07.09.2026 - 08:15
Özəl bağçalarda ali təhsilli müəllimlərin sayı AÇIQLANDI07.09.2026 - 08:14
2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb07.09.2026 - 07:46
Yağış yağır - Faktiki hava07.09.2026 - 06:00
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib07.09.2026 - 05:58
“Bakı İqlim Həftəsi 2026” işə başlayıb07.09.2026 - 05:17
MDU-da bu il neçə tələbə fərqlənmə diplomu alıb?07.09.2026 - 04:58
32 dərəcə isti...- GÜNÜN HAVASI07.09.2026 - 04:36
Üzrlü səbəbdən buraxılış imtahanında iştirak etməyənlər üçün imtahan keçirilib07.09.2026 - 04:11
Diaqnostik qiymətləndirmədən keçməyən təhsil işçilərinin NƏZƏRİNƏ!07.09.2026 - 04:02
İmtahan nəticələri bu tarixdə elan olunacaq06.09.2026 - 15:04
Sabahın hava proqnozu açıqlanıb06.09.2026 - 07:15
“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub06.09.2026 - 06:28
Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər06.09.2026 - 05:58
Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür06.09.2026 - 05:21
Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb06.09.2026 - 04:58
Bu gün 36 dərəcə isti olacaq06.09.2026 - 04:33
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib06.09.2026 - 04:02
ABŞ-də dövlət işinə qəbulda YENİLİK: Müsahibəni AI aparacaq05.09.2026 - 06:58
MDU-da bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb05.09.2026 - 06:22
Xarici dil üzrə fəlsəfə doktoru imtahanından keçənlərə şəhadətnamə verilir05.09.2026 - 05:58
Sirkə turşusu içən 17 yaşlı tələbə qız öldü05.09.2026 - 05:30
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb05.09.2026 - 05:15
Günün havası - 35 dərəcə isti05.09.2026 - 04:47
680,6 baldan başlayan uğur: ATU-nun Stomatologiya fakültəsində yeni tələbə həyatı başlayır05.09.2026 - 04:38
600-dən yüksək balla ADPU-nu seçən 2 bacı05.09.2026 - 04:29
ADNSU-da doktoranturaya qəbul imtahanları keçirilib05.09.2026 - 04:20
ADNSU-nun rektoru ODTU-da təlimlərdə iştirak edəcək professor-müəllim heyəti ilə görüşüb05.09.2026 - 04:11
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”05.09.2026 - 04:02
BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda04.09.2026 - 16:50
UNEC və Qırğızıstan universitetlərinin yeni əməkdaşlıq mərhələsi04.09.2026 - 14:30
Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir04.09.2026 - 11:00
Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisaslar04.09.2026 - 10:55
PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib04.09.2026 - 10:50
İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil ediləcək04.09.2026 - 10:45
BMU-ya yeni qəbul olan tələbələrlə görüş və ingilis dili səviyyə imtahanı keçiriləcək04.09.2026 - 10:40
BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir04.09.2026 - 10:35
İT İnstitutunun sosial media fəaliyyəti yenilənir04.09.2026 - 10:30
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı04.09.2026 - 10:25
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrin tarixi məlum oldu04.09.2026 - 10:20
ASA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər başlayacaq04.09.2026 - 10:15
Tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu04.09.2026 - 10:10
Ödənişdə güzəşt olunacaq bağçalar04.09.2026 - 10:05
“Təhsil müəssisələrinin hazırlıq səviyyəsi ötən illərlə müqayisədə bu il daha yaxşıdır” - Elçin Əfəndi04.09.2026 - 10:00