Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 22 may-28 iyun 2026-cı il tarixlərində keçirilən “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin nəticələri elan edilib.
“Tehsil365” xəbər verir ki,qrant müsabiqəsinin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə vermək olub.
Fondun Müşahidə Şurasının Qərarına əsasən 52-si yerli, 3-ü beynəlxalq olmaqla 55 gənclər təşkilatının, 84 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 6 iyul 2022-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılıb.
Qrant müqavilələrinin imzalanması üçün qaliblər 15 sentyabr-15 oktyabr tarixləri aralığında tələb olunan sənədlərlə birgə Gənclər Fondunun ofisinə yaxınlaşa bilərlər.

