Bakı Mühəndislik Universitetində (BMU) 2026/2027-ci tədris ilinin başlaması ilə əlaqədar hazırlıq işləri davam etdirilir.
“Tehsil365” xəbər verir ki, yeni tədris ilinə hazırlıq tədbirləri çərçivəsində universitetin bütün tədris binalarında, yataqxanalarında və ictimai-iaşə obyektlərində əsaslı dezinfeksiya işləri həyata keçirilib. Sanitar-gigiyenik normalara uyğun aparılan tədbirlər BMU kampusunda tələbə və əməkdaşlar üçün sağlam və təhlükəsiz təhsil və iş mühitinin təmin edilməsinə yönəlib.
Bununla yanaşı, yeni tədris ilinin yüksək səviyyədə təşkili məqsədilə universitetin tədris məkanlarının, infrastrukturunun və ümumi istifadədə olan sahələrinin hazırlıq vəziyyəti diqqətdə saxlanılır, zəruri texniki və təşkilati tədbirlər həyata keçirilir.

