Təhsil 365 - Logo Mobile

600-dən yüksək balla Pedaqoji Universiteti seçənlər

14708.09.2026 - 04:29
600-dən yüksək balla Pedaqoji Universiteti seçənlər

Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi və təhsil sisteminin inkişafı istiqamətində atılan ardıcıl addımlar müəllimlik peşəsinə olan marağın və bu peşənin cəmiyyətdəki nüfuzunun artmasına da təsir göstərir.

“Tehsil365” xəbər verir ki, Müəllim peşəsinin daha yüksək nəticə göstərən gənclər üçün də cəlbedici karyera istiqamətinə çevrilməsi son illərin qəbul göstəricilərində özünü aydın şəkildə göstərir.


Bu tendensiya qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin pedaqoji ixtisaslara marağında da müşahidə olunur. Artıq bir neçə ildir ki, yüksək bal toplayan gənclər arasında müəllimlik ixtisaslarını seçənlərin, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) üstünlük verənlərin sayının artması diqqət çəkir. Bu isə müəllim hazırlığının və pedaqoji təhsilin ölkənin gələcək inkişafında oynadığı rolun getdikcə daha çox qiymətləndirildiyini göstərir.


2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bavalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan 6 nəfər ixtisas seçimi zamanı ADPU və onun filiallarını seçiblər.


Aynuran Səlim qızı Abbasova Üzeyir Hacıbəyov adına 7 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 649,4 bal toplayan Aynuran ADPU-nun Ağcabədi filialının Riyaziyyat və informatika müəllimliyi ixtisasını seçib.


Lera Mirzə qızı Səfiyeva Qusar rayonunun Piral kənd tam orta məktəbinin məzunudur. Məktəb illərində fizika fənni üzrə olimpiadalarda fəal iştirak edən Lera qəbul imtahanlarında 637,1 bal toplayıb və ADPU-nun Riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olunub.


Elşad Əzizulla oğlu Musayev Quba rayonunun Nüqədi kəndində yerləşən Zəki Kərimov adına 1 nömrəli məktəbin məzunudur. Müxtəlif fənn olimpiadalarında iştirak edən Elşad qəbul imtahanlarında 623 bal toplayıb. O, ADPU-nun Quba filialının Riyaziyyat müəllimliyi ixtisasını ilk sırada seçərək həmin ixtisasa qəbul olunub.


Zəhra Vüqar qızı Ağayeva orta təhsilini Bakı şəhəri 11 nömrəli tam orta məktəbdə alıb. Məktəbi fərqlənmə attestatı ilə bitirən Zəhra qəbul imtahanlarında 615,5 bal nəticə göstərib və ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.


Aişə İbrahim qızı Abdulmənəfova Şəki şəhər 6 nömrəli məktəbin məzunudur. O, 2025-ci ildə keçirilən regional “Zəfər” olimpiadasında Azərbaycan dili və ədəbiyyatı üzrə II yerə layiq görülüb. Qəbul imtahanlarında 614 bal toplayan Aişə ADPU-nun Şəki filialının Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına qəbul olunub.


Aysu Rəşad qızı Mustafayeva Quba rayonunun Digah kəndində yerləşən Fərhad Həmzəyev adına orta məktəbin məzunudur. Qəbul imtahanlarında 607,7 bal toplayan Aysu ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub.


Zəhra Fuad qızı Nəcəfzadə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 607 bal toplayan Zəhra ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasını ilk sırada qeyd edərək həmin ixtisasa qəbul olunub. Xatırladaq ki, 2024-cü ildə Zəhranın bacısı Fatimə Nəcəfzadə də 663,9 balla ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olub. 


Aysun Mənsur qızı Məmmədli Ağstafa rayonunun Eynallı kəndində yerləşən X. İsmayılov adına tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 606,8 bal nəticə göstərən Aysun ADPU-nun Riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olunub.

Nuray Babayeva

Xəbər Lenti

Bakı dünya siyahısında 29-cu oldu 08.09.2026 - 10:20
Nazirdən ciddi yanlışlığa reaksiya08.09.2026 - 10:15
Emin Əmrullayev: “Azərbaycan PISA nəticələrində irəliləyiş göstərən 16 ölkədən biridir”08.09.2026 - 10:10
Dünyada ən yüksək nəticəmiz bu fənn üzrə oldu08.09.2026 - 10:05
Nazir: “Şagirdlərimizin hələ də çox geri qaldığı fənnlər və ciddi çatışmazlıqlar var”08.09.2026 - 10:00
“Oxuyub-anlamaqda ciddi problemimiz var” - Elm və Təhsil Naziri08.09.2026 - 09:55
"Üç nəfərdən ikisi oxuduğu mətni lazımı səviyyədə anlamır" - Emin Əmrullayev 08.09.2026 - 09:50
2027-ci il buraxılış və qəbul imtahanlarında nə dəyişəcək?08.09.2026 - 09:45
Nazir: “Bəzi bölgələrdə şagirdlərin 88%-dək hissəsi oxuyub-anlamaqda çətinlik çəkir“08.09.2026 - 09:40
Emin Əmrullayev Azərbaycanın dünya üzrə göstəricilərini açıqladı08.09.2026 - 09:35
Azərbaycanda qızlar riyaziyyatdan oğlanları qabaqladı - PISA tarixində ilk08.09.2026 - 09:30
Emin Əmrullayev: “Bəzi bölgələrimizdə müəllimlərin 80-90%-i orta ixtisas təhsillidir"08.09.2026 - 09:25
“Bu dəyişiklikdən sonra nəticələr artacaq” - Emin Əmrullayev08.09.2026 - 09:20
Emin Əmrullayev: “Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib“08.09.2026 - 09:15
Məktəbəhazırlıq qruplarının inanılmaz faydaları08.09.2026 - 09:10
Qəbul imtahanında tətbiq olunacaq yeniliklər08.09.2026 - 09:05
Sabaha olana hava proqnozu08.09.2026 - 09:00
Bu günün hava PROQNOZU08.09.2026 - 06:37
Rayonlara yağış yağır - FAKTİKİ HAVA08.09.2026 - 06:00
Akademik Pərviz Məmmədov vəfat edib08.09.2026 - 05:58
Kolleclərin rəhbər heyətinə yeni təyinatlar olub08.09.2026 - 05:32
Azərbaycan universitetlərinə beynəlxalq maraq artır08.09.2026 - 05:23
Azərbaycanda 1,8 min nəfərin təhsili yoxdur08.09.2026 - 05:14
Tələbə və müəllimlər beynəlxalq arxeoloji tədqiqatda 08.09.2026 - 05:05
Professor Vəfa Pənahianın 60 illik yubileyi: elmə, təhsilə və tibbə həsr olunmuş ömür08.09.2026 - 04:56
Yeni tələbələrin ATU-ya ilk addımı: sənəd qəbulu davam edir08.09.2026 - 04:47
45 il sonra yenidən doğma AzTU-da: məzunların unudulmaz görüşü08.09.2026 - 04:38
BMU-da yeni tədris ilinə hazırlıq işləri davam etdirilir08.09.2026 - 04:20
I qrup üzrə ən yüksək balla UNEC-ə qəbul olan tələbə dekanla görüşüb08.09.2026 - 04:11
“KİTABIM” podkastı təqdim edir: “İqtisadi dinamikanın əsasları”08.09.2026 - 04:02
İşəgötürənlər və universitetlərin əlaqələrini dərinləşdirməyə çalışırıq07.09.2026 - 13:39
Azadə Abbaszadə Respublika Gözdən Əlillər Kitabxanasının qonağı olub07.09.2026 - 13:11
Akademik Musiqili Teatr yeni mövsümə start verib07.09.2026 - 10:55
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq07.09.2026 - 10:50
Əkiz bacılar yüksək nəticə ilə ADPU-nun Ağcabədi filialını seçdilər07.09.2026 - 10:45
Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı07.09.2026 - 10:40
NDU-da monoqrafiya təqdimatı07.09.2026 - 10:35
NDU Elmi Kitabxanasında “İdman və sağlam həyat tərzi” monoqrafiyası təqdim olunub07.09.2026 - 10:30
AzTU məzunları 45 ildən sonra bir yerdə07.09.2026 - 10:25
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi öz işinə start verir07.09.2026 - 10:20
BMU-da yeni tədris ilinə hazırlıq işləri davam etdirilir07.09.2026 - 10:15
Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı xəbərdarlıq07.09.2026 - 10:10
BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb07.09.2026 - 10:05
28 məktəbdə peşə təmayüllü siniflər olacaq07.09.2026 - 10:00
Bağça müəllimlərinin sertifikasiyası OKTYABRDA07.09.2026 - 09:55
Buraxılış imtahanında xüsusi şərait yaradıldı07.09.2026 - 09:50
Məktəbin ilk ayında uşaqlara dəstək üsulları07.09.2026 - 09:45