Azərbaycanda məşğul əhalinin təhsil səviyyəsi üzrə bölgüsü açıqlanıb.
“Tehsil365” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə məşğul əhalinin sayı 5 milyon 105,2 min nəfər olub.
Onların təhsil səviyyəsi üzrə bölgüsü aşağıdakı kimidir:
Ali təhsil — 889,7 min nəfər
Orta ixtisas təhsili — 562,6 min nəfər
Peşə təhsili — 297,7 min nəfər
Tam orta təhsil — 3 milyon 9,2 min nəfər
Ümumi orta təhsil — 301,7 min nəfər
İbtidai təhsil — 42,5 min nəfər
Təhsili yoxdur — 1,8 min nəfər.

