Təhsil 365 - Logo Mobile

2027-ci il buraxılış və qəbul imtahanlarında nə dəyişəcək?

14108.09.2026 - 09:45
2027-ci il buraxılış və qəbul imtahanlarında nə dəyişəcək?

"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur".

“Tehsil365” xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə rəsmi feysbuk hesabındakı paylaşımda qeyd edib. 

"Yeni tədris ilinin başlanması ilə 9 və 11-ci siniflərdə təhsil alacaq şagirdləri, eləcə də onların valideynlərini belə bir sual maraqlandırır: 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında hansı dəyişikliklər olacaq?

İlk olaraq ən çox verilən suala cavab vermək istəyirəm: 2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur.

Hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır. Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Proqramlar hazırlanarkən DİM-də fəaliyyət göstərən müvafiq fənlər üzrə elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb.

Bu prosesdə, ilk növbədə, cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5–11-ci sinif dərslikləri təhlil edilib. 9 və 11-ci siniflərdə təhsil alan şagirdlərin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb.

Nəticə etibarilə, proqramların məzmununda ciddi dəyişiklik yoxdur, yalnız redaktə xarakterli düzəlişlər aparılıb.

Burada yeni dərsliklərlə bağlı bir məqamı xüsusilə izah etmək istəyirəm.

Artıq bir neçə ildir ki, ümumtəhsil müəssisələrində müəyyən fənlər üzrə yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir. Cari tədris ilində Azərbaycan dili fənnindən 7-ci , kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiyadan 6, 7 və 8-ci, tarixdən isə 6 və 7-ci siniflər üçün yeni dərsliklər istifadə olunacaq.

Bu dərsliklər əvvəlki nəşrlərdən həm məzmun, həm də terminologiya baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib.

Ancaq vacib məqam budur: hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar. Buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib.

Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar da DİM-in saytında yerləşdiriləcək.

Şagirdlərimizin və valideynlərin xüsusilə diqqətinə çatdırmaq istəyirəm ki, proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib. Dərsliklərdən kənar heç bir mövzu imtahan proqramlarına daxil edilməyib.

Bəs imtahan modelində nə dəyişir?

2027-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə əvvəlcədən məlumat verildiyi kimi, yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq. Xarici dil fənni üzrə yazı bacarıqlarının yoxlanılması və qiymətləndirilməsi məqsədilə yeni tapşırıq formasından istifadə ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazacaqlar.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik yoxdur. 2026-cı ildə tətbiq olunan imtahan modeli 2027-ci ildə də qüvvədə qalacaq.

Yeni tədris ilinə başlayan bütün şagirdlərimizə uğurlar arzulayıram. Tövsiyəm budur ki, hazırlıq prosesində müxtəlif qeyri-rəsmi məlumatların yaratdığı narahatlığa deyil, DİM tərəfindən dərc ediləcək rəsmi imtahan proqramlarına əsaslanasınız. Proqramlar dərc olunduqdan sonra hər bir fənn üzrə imtahana daxil edilən mövzularla əvvəlcədən tanış olmaq mümkün olacaq".

Amin Cavayev

Xəbər Lenti

Bakı dünya siyahısında 29-cu oldu 08.09.2026 - 10:20
Nazirdən ciddi yanlışlığa reaksiya08.09.2026 - 10:15
Emin Əmrullayev: “Azərbaycan PISA nəticələrində irəliləyiş göstərən 16 ölkədən biridir”08.09.2026 - 10:10
Dünyada ən yüksək nəticəmiz bu fənn üzrə oldu08.09.2026 - 10:05
Nazir: “Şagirdlərimizin hələ də çox geri qaldığı fənnlər və ciddi çatışmazlıqlar var”08.09.2026 - 10:00
“Oxuyub-anlamaqda ciddi problemimiz var” - Elm və Təhsil Naziri08.09.2026 - 09:55
"Üç nəfərdən ikisi oxuduğu mətni lazımı səviyyədə anlamır" - Emin Əmrullayev 08.09.2026 - 09:50
Nazir: “Bəzi bölgələrdə şagirdlərin 88%-dək hissəsi oxuyub-anlamaqda çətinlik çəkir“08.09.2026 - 09:40
Emin Əmrullayev Azərbaycanın dünya üzrə göstəricilərini açıqladı08.09.2026 - 09:35
Azərbaycanda qızlar riyaziyyatdan oğlanları qabaqladı - PISA tarixində ilk08.09.2026 - 09:30
Emin Əmrullayev: “Bəzi bölgələrimizdə müəllimlərin 80-90%-i orta ixtisas təhsillidir"08.09.2026 - 09:25
“Bu dəyişiklikdən sonra nəticələr artacaq” - Emin Əmrullayev08.09.2026 - 09:20
Emin Əmrullayev: “Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib“08.09.2026 - 09:15
Məktəbəhazırlıq qruplarının inanılmaz faydaları08.09.2026 - 09:10
Qəbul imtahanında tətbiq olunacaq yeniliklər08.09.2026 - 09:05
Sabaha olana hava proqnozu08.09.2026 - 09:00
Bu günün hava PROQNOZU08.09.2026 - 06:37
Rayonlara yağış yağır - FAKTİKİ HAVA08.09.2026 - 06:00
Akademik Pərviz Məmmədov vəfat edib08.09.2026 - 05:58
Kolleclərin rəhbər heyətinə yeni təyinatlar olub08.09.2026 - 05:32
Azərbaycan universitetlərinə beynəlxalq maraq artır08.09.2026 - 05:23
Azərbaycanda 1,8 min nəfərin təhsili yoxdur08.09.2026 - 05:14
Tələbə və müəllimlər beynəlxalq arxeoloji tədqiqatda 08.09.2026 - 05:05
Professor Vəfa Pənahianın 60 illik yubileyi: elmə, təhsilə və tibbə həsr olunmuş ömür08.09.2026 - 04:56
Yeni tələbələrin ATU-ya ilk addımı: sənəd qəbulu davam edir08.09.2026 - 04:47
45 il sonra yenidən doğma AzTU-da: məzunların unudulmaz görüşü08.09.2026 - 04:38
600-dən yüksək balla Pedaqoji Universiteti seçənlər08.09.2026 - 04:29
BMU-da yeni tədris ilinə hazırlıq işləri davam etdirilir08.09.2026 - 04:20
I qrup üzrə ən yüksək balla UNEC-ə qəbul olan tələbə dekanla görüşüb08.09.2026 - 04:11
“KİTABIM” podkastı təqdim edir: “İqtisadi dinamikanın əsasları”08.09.2026 - 04:02
İşəgötürənlər və universitetlərin əlaqələrini dərinləşdirməyə çalışırıq07.09.2026 - 13:39
Azadə Abbaszadə Respublika Gözdən Əlillər Kitabxanasının qonağı olub07.09.2026 - 13:11
Akademik Musiqili Teatr yeni mövsümə start verib07.09.2026 - 10:55
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq07.09.2026 - 10:50
Əkiz bacılar yüksək nəticə ilə ADPU-nun Ağcabədi filialını seçdilər07.09.2026 - 10:45
Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı07.09.2026 - 10:40
NDU-da monoqrafiya təqdimatı07.09.2026 - 10:35
NDU Elmi Kitabxanasında “İdman və sağlam həyat tərzi” monoqrafiyası təqdim olunub07.09.2026 - 10:30
AzTU məzunları 45 ildən sonra bir yerdə07.09.2026 - 10:25
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi öz işinə start verir07.09.2026 - 10:20
BMU-da yeni tədris ilinə hazırlıq işləri davam etdirilir07.09.2026 - 10:15
Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı xəbərdarlıq07.09.2026 - 10:10
BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb07.09.2026 - 10:05
28 məktəbdə peşə təmayüllü siniflər olacaq07.09.2026 - 10:00
Bağça müəllimlərinin sertifikasiyası OKTYABRDA07.09.2026 - 09:55
Buraxılış imtahanında xüsusi şərait yaradıldı07.09.2026 - 09:50
Məktəbin ilk ayında uşaqlara dəstək üsulları07.09.2026 - 09:45