Yeni tədris ilində bir sıra fənlər üzrə yeni dərsliklərdən istifadə olunacaq!
“Tehsil365” xəbər verir ki, cari tədris ilində:
Azərbaycan dili – 7-ci sinif
Kimya, biologiya və fizika – 7, 8 və 9-cu siniflər
Coğrafiya – 6, 7 və 8-ci siniflər
Tarix – 6 və 7-ci siniflər üçün yeni dərsliklər tətbiq ediləcək.
Yeni nəşrlər əvvəlki dərsliklərdən həm məzmun, həm də terminologiya baxımından fərqlənir. Dərsliklərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib.
Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilib.
11-ci sinif şagirdləri üçün isə vacib qeyd:
Hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar. Buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib.

