Təhsil 365 - Logo Mobile

Professor İbrahim Cəfərovun 70 illik yubileyinə həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

13508.09.2026 - 11:15
Professor İbrahim Cəfərovun 70 illik yubileyinə həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor İbrahim Cəfərovun həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub.

AMEA Mərkəzi Elmi Kitabxanasından “Tehsil365”ə bildirilib ki, nəşr alimin 70 illik yubileyinə həsr edilib.

“Görkəmli elm xadimləri” seriyası çərçivəsində hazırlanmış biblioqrafik göstəricidə professor İbrahim Cəfərovun həyat və elmi fəaliyyətinin əsas tarixləri, elmi əsərlərinin biblioqrafiyası, kitabları, elmi məqalələri və digər nəşrləri haqqında məlumatlar əksini tapıb. MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun redaktorluğu ilə nəşr olunan biblioqrafik göstərici kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, müəllimlər, ali məktəb tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, professor İbrahim Cəfərovun elmi-tədqiqat fəaliyyəti kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin öyrənilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması istiqamətlərini əhatə edir. Alimin tədqiqatlarında Naxçıvan Muxtar Respublikası şəraitində üzüm bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri, Azərbaycan şəraitində çəyirdəkli meyvə bitkilərinin mikobiotası, ekoloji əkinçilik sistemində bitki mühafizəsinin istiqamətləri və digər aktual məsələlər xüsusi yer tutur. İbrahim Cəfərov respublikada və xaricdə nəşr olunmuş 178 elmi əsərin, o cümlədən 4 dərslik və dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 7 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyası müdafiə edilib. Biblioqrafik göstərici alimin çoxillik elmi fəaliyyətinin, kənd təsərrüfatı elminin inkişafına verdiyi töhfələrin və zəngin elmi irsinin sistemli şəkildə təqdim olunması baxımından əhəmiyyətli nəşrdir.

Amin Cavayev

Xəbər Lenti

ADPU-CVU ikili diplom proqramının tələbələri Qarabağ Universitetində olublar08.09.2026 - 11:55
Riyazi savadlılıqda ən yüksək irəliləyiş08.09.2026 - 11:50
ADPU-da SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli08.09.2026 - 11:45
Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə start verib08.09.2026 - 11:40
Azərbaycan üzrə beynəlxalq elmi reytinqdə birinci olan professor08.09.2026 - 11:35
Təbiət elmləri üzrə bal dinamikası 08.09.2026 - 11:30
Fizikada dəyişən 100 illik təsəvvür08.09.2026 - 11:25
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi08.09.2026 - 11:20
“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub08.09.2026 - 11:10
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib08.09.2026 - 11:05
15 yaşadək uşaqlara sosial şəbəkə qadağan ediləcək08.09.2026 - 11:00
Yeni tədris ilində bir sıra fənlər üzrə yeni dərsliklərdən istifadə olunacaq08.09.2026 - 10:55
Kolleclərdə 9 illik baza üzrə boş qalan plan yerlərinə qəbul elan edilir08.09.2026 - 10:50
Ağır qəzada həlak olan şəxs müəllim imiş08.09.2026 - 10:45
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan olunur08.09.2026 - 10:40
"PISA-da kiminsə rəyi və subyektiv fikrinə yer verilmir"- Emin Əmrullayev08.09.2026 - 10:35
Emin Əmrullayev: “PISA-dakı 400 balı qəbul imtahanındakı balla qarışdırmamalıyıq"08.09.2026 - 10:30
Nazir: "Bu nəticələr 1-2 ildə dəyişmir"08.09.2026 - 10:25
Bakı dünya siyahısında 29-cu oldu 08.09.2026 - 10:20
Nazirdən ciddi yanlışlığa reaksiya08.09.2026 - 10:15
Emin Əmrullayev: “Azərbaycan PISA nəticələrində irəliləyiş göstərən 16 ölkədən biridir”08.09.2026 - 10:10
Dünyada ən yüksək nəticəmiz bu fənn üzrə oldu08.09.2026 - 10:05
Nazir: “Şagirdlərimizin hələ də çox geri qaldığı fənnlər və ciddi çatışmazlıqlar var”08.09.2026 - 10:00
“Oxuyub-anlamaqda ciddi problemimiz var” - Elm və Təhsil Naziri08.09.2026 - 09:55
"Üç nəfərdən ikisi oxuduğu mətni lazımı səviyyədə anlamır" - Emin Əmrullayev 08.09.2026 - 09:50
2027-ci il buraxılış və qəbul imtahanlarında nə dəyişəcək?08.09.2026 - 09:45
Nazir: “Bəzi bölgələrdə şagirdlərin 88%-dək hissəsi oxuyub-anlamaqda çətinlik çəkir“08.09.2026 - 09:40
Emin Əmrullayev Azərbaycanın dünya üzrə göstəricilərini açıqladı08.09.2026 - 09:35
Azərbaycanda qızlar riyaziyyatdan oğlanları qabaqladı - PISA tarixində ilk08.09.2026 - 09:30
Emin Əmrullayev: “Bəzi bölgələrimizdə müəllimlərin 80-90%-i orta ixtisas təhsillidir"08.09.2026 - 09:25
“Bu dəyişiklikdən sonra nəticələr artacaq” - Emin Əmrullayev08.09.2026 - 09:20
Emin Əmrullayev: “Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib“08.09.2026 - 09:15
Məktəbəhazırlıq qruplarının inanılmaz faydaları08.09.2026 - 09:10
Qəbul imtahanında tətbiq olunacaq yeniliklər08.09.2026 - 09:05
Sabaha olana hava proqnozu08.09.2026 - 09:00
Bu günün hava PROQNOZU08.09.2026 - 06:37
Rayonlara yağış yağır - FAKTİKİ HAVA08.09.2026 - 06:00
Akademik Pərviz Məmmədov vəfat edib08.09.2026 - 05:58
Kolleclərin rəhbər heyətinə yeni təyinatlar olub08.09.2026 - 05:32
Azərbaycan universitetlərinə beynəlxalq maraq artır08.09.2026 - 05:23
Azərbaycanda 1,8 min nəfərin təhsili yoxdur08.09.2026 - 05:14
Tələbə və müəllimlər beynəlxalq arxeoloji tədqiqatda 08.09.2026 - 05:05
Professor Vəfa Pənahianın 60 illik yubileyi: elmə, təhsilə və tibbə həsr olunmuş ömür08.09.2026 - 04:56
Yeni tələbələrin ATU-ya ilk addımı: sənəd qəbulu davam edir08.09.2026 - 04:47
45 il sonra yenidən doğma AzTU-da: məzunların unudulmaz görüşü08.09.2026 - 04:38
600-dən yüksək balla Pedaqoji Universiteti seçənlər08.09.2026 - 04:29
BMU-da yeni tədris ilinə hazırlıq işləri davam etdirilir08.09.2026 - 04:20