Təhsil 365 - Logo Mobile

“Müasir Azərbaycan ədəbiyyatı dərsliklərdə təmsil olunmur” - Yazıçı İradə Aytel

23108.09.2026 - 14:30
“Müasir Azərbaycan ədəbiyyatı dərsliklərdə təmsil olunmur” - Yazıçı İradə Aytel

“Müasir Azərbaycan ədəbiyyatı nəinki dərsliklərdə az təmsil olunur, ümumiyyətlə, təmsil olunmur. Halbuki bu gün ədəbiyyatımızda istedadlı, sözünü deməyə qadir, yaradıcılığı ilə ədəbi prosesə ciddi töhfələr verən çoxsaylı yazarlar var”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında yazıçı İradə Aytel bildirib.

Yazıçı bildirib ki, əsas problem dərsliklərin hazırlanması və əsərlərin seçimindədir.

“Əsas problem, məncə, ədəbiyyatımızın potensialında deyil, dərsliklərin hazırlanması və əsərlərin seçimindədir. Dərsliklərə elə nümunələr daxil edilir ki, onların nə bədii-estetik, nə tərbiyəvi, nə də maarifləndirici dəyəri olur. Üstəlik, şagird üçün maraq doğurmayan, müasir düşüncə ilə səsləşməyən mətnlərin təkrar-təkrar təqdim olunması ədəbiyyata marağın azalmasına səbəb olur”.

Onun sözlərinə görə, ədəbiyyat dərsliyi sadəcə mətnlər toplusu olmamalıdır.

“Ədəbiyyat dərsliyi sadəcə mətnlər toplusu olmamalıdır. Orada yer alan hər bir əsər şagirdin bədii zövqünün formalaşmasına, dünyagörüşünün genişlənməsinə, milli-mənəvi dəyərləri dərk etməsinə, müstəqil düşünməsinə xidmət etməlidir. Bədii keyfiyyət, dil və üslub, mövzunun aktuallığı, tərbiyəvi və maarifləndirici potensial əsas meyarlar sırasında dayanmalıdır. Xüsusilə, son dövrdə Vətən müharibəsi, qəhrəmanlıq, şəhidlik, torpaq və Vətən sevgisi mövzularında çox qiymətli bədii əsərlər yaranıb. Bu əsərlərin içərisində gələcək nəsillərə çatdırılmağa layiq nümunələr az deyil. Müasir tariximizi yaşayan nəslin ədəbiyyatda yaratdığı bu böyük ədəbi irsin məktəb dərsliklərində öz layiqli yerini tutmasına ciddi ehtiyac var. Burada başqa bir mühüm məsələ də ortaya çıxır, dərsliklərə əsərlərin seçilməsi prosesinə kimlər və hansı meyarlarla qərar verir? Hansı əsərin dərsliyə salınması, hansının kənarda qalması şəffaf və peşəkar meyarlarla müəyyənləşdirilməlidir. Bu prosesdə şəxsi münasibətlər, subyektiv seçimlər və ədəbi mühitdəki müxtəlif maraqlar deyil, əsərin real ədəbi-bədii və pedaqoji dəyəri əsas götürülməlidir. Bu səbəbdən məsələni yalnız ədəbiyyat adamlarının üzərinə qoymaq düzgün deyil. Burada təhsil sisteminin, dərslik siyasətinin və ekspert seçiminin də ciddi şəkildə araşdırılmasına ehtiyac var.

Ekspert vurğulayıb ki, dərslik yalnız gələcəyin ədəbi zövqünü formalaşdırır.

“Dərslik yalnız bu günün deyil, gələcəyin ədəbi zövqünü formalaşdırır. Şagirdə zəif mətn təqdim etməklə ondan ədəbiyyatı sevməsini gözləmək çətindir. Əgər məqsədimiz mütaliə edən, düşünən, milli-mənəvi dəyərləri dərk edən və bədii zövqü formalaşmış bir nəsil yetişdirməkdirsə, ilk növbədə həmin nəslin qarşısına qoyduğumuz ədəbi nümunələrin keyfiyyətinə diqqət etməliyik”.

Amin Cavayev

Xəbər Lenti

Brüsseldə azərbaycanlı itkin ailələrinin dinc aksiyası keçirilib25.10.2026 - 09:50
Tramp İrana hücum planı haqqında mı düşünür?25.10.2026 - 09:47
“Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabı təqdim olunub25.10.2026 - 09:37
Adilə Əliyeva Parisdə platin medalla təltif olunub25.10.2026 - 09:33
Azərbaycan aktyorlarının ifasında “Omid” tamaşası təqdim olunub25.10.2026 - 09:30
Balaca rəssamlar ölkəmizi dünyaya tanıdırlar25.10.2026 - 08:53
Milli Kitabxanada kitab sərgisi təqdim olunub25.10.2026 - 08:40
Sabahın hava proqnozu açıqlanıb25.10.2026 - 08:36
Yaponiyada güclü zəlzələ oldu25.10.2026 - 08:14
"Turandot" tamaşasının premyerası olub25.10.2026 - 08:11
Naxçıvan Universitetinin müəllimi vəfat etdi25.10.2026 - 08:07
İlham Əliyev Kasım-Jomart Tokayeva təbrik mesajı göndərdi25.10.2026 - 08:04
XİN Qazaxıstanı təbrik etdi25.10.2026 - 08:00
XII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı və tərcüməçi Giya Paçxataşvili ilə görüş keçiriləcək24.10.2026 - 19:46
Kitabxana sərgidə təmsil olundu24.10.2026 - 19:00
ADNSU Daşkənddə iştirak etdi24.10.2026 - 18:29
ADNSU yarışda iştirak etdi24.10.2026 - 18:23
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub24.10.2026 - 18:00
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb24.10.2026 - 17:58
Departament müəlliminin həmmüəllifi olduğu kitab nəşr edilib 24.10.2026 - 17:54
EOS Junior" uşaq bağçasında zorakılıq baş verib24.10.2026 - 17:43
Qazaxıstanda Respublika Günü konsertlə qeyd olunub24.10.2026 - 17:28
Azərbaycanda ilk dəfə Qəbələ ekspedisiyası saray tipli ictimai binanın qalıqlarını aşkarlayıb24.10.2026 - 17:24
Ali təhsil müəssisələri gənclərin fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynayır24.10.2026 - 17:17
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 17:14
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 17:09
Hüseyn Cavid əsərlərinin Ulu Öndərin xatirəsinə ithaf edilən Türkiyə nəşri24.10.2026 - 17:08
Türk Dünyası birliyi istiqamətində layihələr hazırlanıb24.10.2026 - 17:00
Buraxılış imtahanlarında çətin suallar: problem təkcə testlərdə deyil24.10.2026 - 16:54
Dünya tibb elminə töhfə verən azərbaycanlı alim iki cərrahi metodun müəllifidir24.10.2026 - 16:52
ADU ilə İspaniya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişlənir24.10.2026 - 16:41
ADPU-da süni intellektin akademik mühitdə etik istifadəsi müzakirə edilib24.10.2026 - 16:33
Müəllimləri yenilik gözləyir: vahid vəsiqə tətbiq oluna bilər24.10.2026 - 13:23
Qubada 44 ölkədən olan gənc liderlərin iştirakı ilə Beynəlxalq Forum təşkil olunub24.10.2026 - 13:16
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 13:12
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 13:10
İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?24.10.2026 - 13:07
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 13:04
Türkiyədə universitetlərlə bağlı dəyişiklik24.10.2026 - 12:59
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 12:57
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 12:55
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 12:53
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 12:51
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 12:47
Tələbə yataqxanalarının yaradılması üçün 45 milyon avro ayrılır24.10.2026 - 12:46
Sabah Bakı və Abşeronda leysan yağacaq 24.10.2026 - 12:42
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 12:35
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb24.10.2026 - 12:30