Riyaziyyat tarixinin ən məşhur problemlərindən biri süni intellekt vasitəsilə həll edilib.
“Tehsil365” xəbər verir ki, təxminən 90 il əvvəl hava və su kimi mayelərin hərəkətini təsvir edən Navye-Stoks tənliklərinin bütün şərtlər altında ardıcıl və düzgün həllərinin mövcud olub-olmadığı ilə bağlı sual ortaya çıxıb. Bu məsələ sonradan “Navye-Stoks problemi” adlandırılıb.
Uzun illər ərzində çoxsaylı alimlərin araşdırmalarına baxmayaraq, problem həll olunmamış qalıb. Bildirilir ki, OpenAI tərəfindən hazırlanmış inkişaf etmiş süni intellekt sistemi problemin həllinə nail olub.
Araşdırmada təxminən 10 min süni intellekt agentindən istifadə edilib və iş 88 saat ərzində tamamlanıb.
Süni intellekt sistemləri Navye-Stoks dinamikaları əsasında mayenin sonlu zaman ərzində təklik (singulyarlıq) yarada biləcəyini göstərən analitik sübut ortaya qoyub.

