"Valideynlərin təhsil səviyyəsi artdıqca şagirdlərin riyaziyyat nəticələri yüksəlir".
“Tehsil365” xəbər verir ki, bunu elm və təhsil naziriEmin Əmrullayev İctimai TV-yə müsahibəsində bildirib.
"Valideynlərin təhsil səviyyəsi yüksəldikcə şagirdlərin riyaziyyat savadlılığı üzrə nəticələri də artır. Ali təhsilli valideynlərin övladları orta hesabla 475 bal, orta ixtisas təhsilli valideynlərin övladları 444 bal, tam orta təhsilli valideynlərin övladları 408 bal, orta təhsili olmayan valideynlərin övladları isə 391 bal toplayıblar.
Eyni zamanda, orta təhsili olmayan valideynlərin övladlarının 63,8 faizi riyaziyyat savadlılığı üzrə ikinci səviyyəyə çatmayıb. Ali təhsilli valideynlərin övladlarında isə bu göstərici 30,5 faiz təşkil edib".

