Elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub.
“Tehsil365” xəbər verir ki, verilişdə PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri, Azərbaycanın göstəricilərində qeydə alınan əhəmiyyətli irəliləyiş, nəticələrin təhsil siyasəti və gələcək islahatlar baxımından əhəmiyyəti müzakirə edilib.
Həmçinin yeni tədris ilinə dair gözləntilərə toxunulub.

