Təhsil 365 - Logo Mobile

İlahiyyatçı: “Sosial şəbəkədən alınan yanlış dini məlumatlar cəmiyyətdə qütbləşmə yaradır”

17209.09.2026 - 10:40
İlahiyyatçı: “Sosial şəbəkədən alınan yanlış dini məlumatlar cəmiyyətdə qütbləşmə yaradır”

“Bu gün gənclər dini məlumatları əsasən sosial şəbəkədən əldə edir. Ümumiyyətlə, sosial şəbəkələr insanın ailə həyatına elə formada daxil olur ki, tək təhsil yox, həmçinin tibb, informasiya, elm belə sosial şəbəkələrdən əldə edilir”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında ilahiyyatçı və din xadimi Ağa Hacıbəyli bildirib.

İlahiyyatçı bildirib ki, sosial şəbəkələrdən alınan yanlış dini məlumatlar cəmiyyətdə qütbləşmə yaradır.

“Demək olar ki, hər bir məsələ birbaşa İnstaqram, Tiktok, YouTube kimi platformalardan əldə edilir. Bununla yanaşı, dini məsələlər və maarifləndirmə də çox təəssüflər olsun ki, bu mənbələrdən alınır. Alınan mənbələr də bəzən tədqiq olunmadığı və tənqid edilmədiyi üçün bir qrup gənclər də onu mənimsədikdən sonra özünü allameyi-cihan hesab edir. Beləcə cəmiyyətin içərisində çox ciddi qütbləşmələrə yol açır və bilgisiz, fundamental biliklərə, təməl kitablara vaqif olmayan insanlar çox səthi və bəsit bilgilərlə özlərini din bilgisi kimi nümayiş etdirirlər. Bu da əslində, ifadə elədiyimiz kimi çox ciddi fəsadlara yol açır, cəmiyyətdə ciddi çatlar əmələ gətirir”.

Onun sözlərinə görə, sosial şəbəkədə populyarlıq dini alim olmaq göstəricisi deyil.

“Açığı, günün tələbləri bu gün daha çox akademik səviyyədə dini öyrənmək əvəzinə daha çox bəyənməsi çox olan bir insan sanki din alimi kimi göstərilir və ola bilsin ki, sosial şəbəkəni gözəl işlədən bir adam daha çox populyardır, nəinki elmi mənbələrə istinad edib fundamental dəyərlərə sahib olan bir alim. Belə bir paradoksu günümüzdə yaşayırıq. Lakin burada onu demək istərdim ki, biz alimləri ayırmırıq. Əslində, gerçək alim bütün hər şeyi bilir. Din yol deməkdir, həqiqətə və səadətə gedən yolu bilən insan ALLAHın ən ali isminin təcəllisi ilə bərəkət qazanmış adamdır. Bəsirəti açıq bir insandır, işin həqiqətini və hikmətini idrak edən biridir”.

Din xadimi vurğulayıb ki, yüksək səviyyəli alimlərin fikirləri daha çox təbliğ olunmalıdır.

“Belə bir dövrdə bu kimi bilgilərə sahib olan, səviyyəsi yuxarı olan alimlərimizi qabağa çəkib onları sosial şəbəkələrdə fikirlərini daha çox qabartmaq, onlardan rəylər almaq, eyni zamanda onların reportajlarını hazırlamaq, verilişlərini, proqramlarını təmin etmək daha gözəl olardı. Əks təqdirdə, bu cılızlaşma getdikcə daha böyük radikal düşüncələrə və fikirlərin yayılmasına, təxribatçı düşüncələrin formalaşmasına şərait yarada bilər”.

Amin Cavayev

Xəbər Lenti

Müəllimləri yenilik gözləyir: vahid vəsiqə tətbiq oluna bilər24.10.2026 - 13:23
Qubada 44 ölkədən olan gənc liderlərin iştirakı ilə Beynəlxalq Forum təşkil olunub24.10.2026 - 13:16
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 13:12
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 13:10
İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?24.10.2026 - 13:07
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 13:04
Türkiyədə universitetlərlə bağlı dəyişiklik24.10.2026 - 12:59
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 12:57
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 12:55
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 12:53
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 12:51
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 12:47
Tələbə yataqxanalarının yaradılması üçün 45 milyon avro ayrılır24.10.2026 - 12:46
Sabah Bakı və Abşeronda leysan yağacaq 24.10.2026 - 12:42
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 12:35
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb24.10.2026 - 12:30
Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib24.10.2026 - 12:20
“Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabı beynəlxalq sərgidə təqdim olunub24.10.2026 - 11:46
Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib24.10.2026 - 11:01
Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert – “Yadıma sən düşürsən”24.10.2026 - 10:58
Uşaq Filarmoniyasında Moskva Dövlət Konservatoriyasının professorunun ustad dərsi təşkil olunacaq24.10.2026 - 10:55
Yüz yaşlı “Şərqşünaslıq” jurnalı XII Bakı Beynəlxalq Kitab Sərgisində24.10.2026 - 10:53
Qalina Vişnevskayanın 100 illiyinə həsr olunan “İki Səs, Bir Ömür” adlı konsert24.10.2026 - 10:51
XII Bakı Beynəlxalq Kitab Sərgisində əlyazma irsinin gələcəyi müzakirə edilib24.10.2026 - 10:49
Bakı Beynəlxalq Kitab Sərgisində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş olub24.10.2026 - 10:46
Bakı Bulvarında Zeytun Festivalı davam edir24.10.2026 - 10:44
Milli Kitabxanada Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyinə həsr olunan sərgi açılıb24.10.2026 - 10:42
Bu günün hava proqnozu24.10.2026 - 10:38
Beşaylıq körpə ölüb24.10.2026 - 10:36
Qəbələdə qəzada iki yeniyetmə xəsarət aldı24.10.2026 - 10:34
Ayı məktəbə su borusu ilə girməyə çalışıb24.10.2026 - 10:32
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 10:30
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 10:29
Türkiyədə universitetlərlə bağlı dəyişiklik: Qəbul balı əsas götürüləcək24.10.2026 - 10:27
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 10:25
Qiyabi təhsil dövrünü başa vurur - Yeni model təklif24.10.2026 - 10:24
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 10:22
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 10:20
Sabah Bakıya leysan yağacaq24.10.2026 - 10:19
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 10:17
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 10:15
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 10:13
Moskva Dövlət Konservatoriyasının professorunun ustad dərsi təşkil olunacaq24.10.2026 - 09:15
Bill Qeyts Süni intelekt haqqında fikir bildirib24.10.2026 - 08:54
Əlyazma irsinin gələcəyi müzakirə edilib24.10.2026 - 08:50
“JEC Tower” göydələni inşa edilir24.10.2026 - 08:47
70 min polisi səfərbər etdi24.10.2026 - 08:35
Sabahın hava proqnozu bəlli olub24.10.2026 - 08:32