Təhsil 365 - Logo Mobile

Rektor universitetə yüksək balla qəbul olan tələbələrlə görüş keçirib

14009.09.2026 - 11:20
Rektor universitetə yüksək balla qəbul olan tələbələrlə görüş keçirib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova 2026/2027-ci tədris ili üzrə universitetə yüksək balla qəbul olunan tələbələr və onların valideynləri ilə görüşüb.

“Tehsil365” xəbər verir ki, görüşdə İnşaat mühəndisliyi ixtisasına (tədris ingilis dilində) 681 balla qəbul olunan Qalib Qasımov, eyni ixtisasa 619,8 balla qəbul olunan Həsən Süleymanov, Memarlıq ixtisasına (tədris ingilis dilində) isə 608 balla qəbul olunan Nuray Qəmbərova, eləcə də onların valideynləri iştirak ediblər.

Rektor tələbələri yüksək nəticə münasibətilə təbrik edib, onların AzMİU-nu seçməsini universitetə göstərilən etimadın ifadəsi kimi dəyərləndirib. Professor Gülçöhrə Məmmədova bildirib ki, yüksək nəticə ilə universitetə daxil olmaq böyük uğur olmaqla yanaşı, tələbənin qarşısında yeni məsuliyyətlər də qoyur. O, gənclərə universitet illərindən səmərəli istifadə etməyi, yalnız ixtisas bilikləri ilə kifayətlənməməyi, xarici dil, rəqəmsal bacarıqlar və müasir texnologiyalar üzrə biliklərini davamlı inkişaf etdirməyi tövsiyə edib.

Söhbət zamanı memarlıq və inşaat mühəndisliyinin ölkənin inkişafındakı mühüm roluna toxunan rektor bildirib ki, müasir şəhərlərin formalaşdırılması, dayanıqlı və təhlükəsiz infrastrukturun qurulması, eləcə də ölkədə həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq layihələri bu sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərə tələbatı daha da artırır. İşğaldan azad edilmiş ərazilərdə aparılan böyük quruculuq işlərinin də gələcəyin memar və mühəndisləri üçün geniş peşə imkanları yaratdığı vurğulanıb.

Professor Gülçöhrə Məmmədova tələbələrə AzMİU-da yaradılmış imkanlardan maksimum yararlanmağı, elmi-tədqiqat fəaliyyətində, beynəlxalq proqram və mübadilə layihələrində, tələbə təşəbbüslərində fəal iştirak etməyi tövsiyə edib. Rektor onların gələcəkdə öz sahələrini dərindən bilən, yeniliklərə açıq və ölkənin inkişafına töhfə verən mütəxəssislər kimi yetişəcəklərinə əminliyini ifadə edib.

Valideynləri də övladlarının uğuru münasibətilə təbrik edən rektor yüksək nəticənin əldə olunmasında ailənin dəstəyinin və müəllim əməyinin xüsusi rol oynadığını qeyd edib. Valideynlər göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Görüşün sonunda yüksək nəticə göstərərək AzMİU tələbəsi adını qazanan Qalib Qasımov, Həsən Süleymanov və Nuray Qəmbərovaya universitet adından hədiyyələr təqdim olunub. Tələbələr və valideynlərlə xatirə fotoları çəkilib.

Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə AzMİU-nun bakalavriat səviyyəsinə ümumilikdə 2565 plan yeri ayrılıb. Əsas qəbul mərhələsinin nəticələrinə görə, həmin yerlərdən 2537-si dolub, qəbul planı 98,91 faiz yerinə yetirilib.

Amin Cavayev

Xəbər Lenti

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq09.09.2026 - 12:00
“Özbək xalq nağılları” kitabı nəşr edilib09.09.2026 - 11:55
Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək09.09.2026 - 11:50
BSU 5 ölkədən 17 tələbəni bir araya gətirib09.09.2026 - 11:47
Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirən 22 tələbə09.09.2026 - 11:45
622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə09.09.2026 - 11:40
Professorun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb09.09.2026 - 11:35
BMU-ya yeni qəbul olunan tələbələrlə görüş keçirilib09.09.2026 - 11:30
Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir09.09.2026 - 11:25
Madriddə MAMA “Ana təbiət” sərgisinin açılışı olub09.09.2026 - 11:15
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər09.09.2026 - 11:10
Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub09.09.2026 - 11:05
Avqust ayında 18 971 müraciət daxil olub09.09.2026 - 11:00
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir09.09.2026 - 10:55
Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək09.09.2026 - 10:50
DİM-də SAT imtahanı keçiriləcək09.09.2026 - 10:45
İlahiyyatçı: “Sosial şəbəkədən alınan yanlış dini məlumatlar cəmiyyətdə qütbləşmə yaradır”09.09.2026 - 10:40
Etibar Quliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib09.09.2026 - 10:35
Emin Əmrullayevdən müəllim və şagirdlərə təşəkkür paylaşımı09.09.2026 - 10:30
Alimlər insanın gözlənilməz ölüm səbəbini açıqlayıblar09.09.2026 - 10:25
Süd Yolu qalaktikasında Yerə bənzəyən ekzoplanetlər09.09.2026 - 10:20
Dünyanın ən güclü şagirdləri hansı ölkələrdədir?09.09.2026 - 10:15
Tanınmış rejissor və aktyor vəfat etdi09.09.2026 - 10:10
"Valideynlərin təhsil səviyyəsi artdıqca şagirdlərin riyaziyyat nəticələri yüksəlir" - Nazir09.09.2026 - 10:05
Qızların riyaziyyatda oğlanları üstələməsinin səbəbləri - Nazir açıqladı09.09.2026 - 10:00
MİQ və sertifikasiyada yeni YANAŞMA09.09.2026 - 09:55
Bullinqlə bağlı nazirlikdən məktəblərə mesaj09.09.2026 - 09:50
Nazir: “Valideynin təhsili şagirdin nəticəsinə təsir edir”09.09.2026 - 09:45
“Məktəblərdə qadağa təsadüfi deyil” - Emin Əmrullayev09.09.2026 - 09:40
"Bizim təhsil sistemimizdə hələ də ali təhsil almaq arzusu digər bütün məqsəd və vəzifələri üstələyir"09.09.2026 - 09:35
Nazir: “PISA-da neçənci yer tutmağımızdan daha çox irəli getməyimiz vacibdir“09.09.2026 - 09:30
Süni intellektlə həll olunan Riyaziyyat tarixinin məşhur problemi09.09.2026 - 09:25
Alimlərdən yüksək dərəcədə yeni buz növü09.09.2026 - 09:20
Bağçalarda növbəyə yazılma prosesi start götürür09.09.2026 - 09:15
Şimal-qərb bölgəsində 25 məktəbdə təmir işləri yekunlaşıb09.09.2026 - 09:10
Sabaha olan hava proqnozu09.09.2026 - 09:05
BMU rektoru tələbə düşərgəsi çərçivəsində tədbirdə iştirak edib09.09.2026 - 09:00
ABŞ-nin Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü keçirilib09.09.2026 - 08:32
26 dərəcə isti...- GÜNÜN HAVASI09.09.2026 - 05:38
MİQ və sertifikasiya imtahanlarında oxu sualları artırılacaq09.09.2026 - 04:46
Qazax-Tovuz RTİ-nin tabeliyində fəaliyyət göstərən bağçaların SAYI09.09.2026 - 04:02
“Müasir Azərbaycan ədəbiyyatı dərsliklərdə təmsil olunmur” - Yazıçı İradə Aytel08.09.2026 - 14:30
BSU-nun təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi keçirilir08.09.2026 - 14:02
ADPU-CVU ikili diplom proqramının tələbələri Qarabağ Universitetində olublar08.09.2026 - 11:55
Riyazi savadlılıqda ən yüksək irəliləyiş08.09.2026 - 11:50
ADPU-da SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli08.09.2026 - 11:45
Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə start verib08.09.2026 - 11:40