Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Geoməkan analitikası və kartoqrafiya laboratoriyasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor Amin İsmayılovun həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub.
MEK-dən “Tehsil365”ə bildirilib ki, nəşrdə Coğrafi İnformasiya Sistemləri mühitində torpaq örtüyünün geoməkan təhlili, torpaqların konseptual diaqnostik modellərinin hazırlanması, torpaq-ekoloji mühitin geoinformasiya sistemləri əsasında verilənlər bazasının yaradılması, beynəlxalq torpaq-coğrafi məkana inteqrasiya problemləri üzrə məsələlərin inkişafında xüsusi xidmətləri olan alimin həyatının əsas tarixləri, elmi-pedaqoji və ictimai fəaliyyəti əksini tapıb.
Biblioqrafik göstərici aqrar elmlər sahəsində elmi-tədqiqat aparan alim və mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Alimin 75 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Elm” nəşriyyatında işıq üzü görüb.

