622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”.
“Tehsil365” xəbər verir ki, Ali məktəbə qəbul hər bir gəncin həyatında yeni mərhələnin başlanğıcıdır. Yüksək nəticə göstərərək universitetə qəbul olmaq isə uzunmüddətli zəhmətin, məqsədyönlü hazırlığın və əzmkarlığın nəticəsidir. Bu il 622,7 bal toplayaraq Bakı Dövlət Universitetinin (BDU) “Biotexnologiya” ixtisasına qəbul olan tələbəmiz Aydan Namazlı da qarşısına yeni məqsədlər qoyub. Biologiya və tibb sahələrinə olan marağı onu müasir elmin perspektivli istiqamətlərindən biri olan biotexnologiyaya yönəltdi.
Bakı şəhər 245 nömrəli orta məktəbi yüksək göstəricilərlə bitirmişəm. Biologiya və tibb sahələrinə xüsusi marağım ixtisas seçimimə təsir etdi. 622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasına qəbul olmağım həm maraqlarıma, həm də gələcəkdə özümü elmi istiqamətdə inkişaf etdirmək planlarıma uyğundur. Nəticə məni sevindirsə də, əsas məsələ bundan sonra Universitetdə özümü inkişaf etdirmək və uğurlarımın sayını çoxaltmaqdır.

