Təhsil 365 - Logo Mobile

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

13709.09.2026 - 12:00
“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

“Pegasus Tech Ventures” tərəfindən təşkil olunan və dünyanın altı qitəsində 200-dən çox regional yarışı birləşdirən “Startup World Cup” beynəlxalq startap yarışmasının Azərbaycan üzrə regional finalı sentyabrın 17-də Bakıda keçiriləcək. Artıq üçüncü dəfə SABAH.angels (SABAH Mələk İnvestorlar Klubu) tərəfindən təşkil olunan regional final Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Türkiyədən olan startapları bir araya gətirəcək.

Regional final sentyabrın 17–18-də SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, dövlət qurumlarının və özəl sektor tərəfdaşlarının dəstəyi ilə keçiriləcək “Baku ID” innovasiya festivalı çərçivəsində baş tutacaq. Festival bu il ilk dəfə innovasiyanın episentri olan “SABAH.city” innovasiya şəhərciyində keçiriləcək.

Bu barədə “Tehsil365”ə SABAH.HUB İnnovasiya Mərkəzindən məlumat verilib.

Müraciət mərhələsində artıq 10-dan çox ölkədən 100-dən yuxarı startap qeydiyyatdan keçib. Qiymətləndirmənin nəticələrinə əsasən seçiləcək 10 startap regional finalda öz biznes modellərini, texnoloji həllərini və böyümə potensialını yerli və beynəlxalq ekspertlərdən ibarət jüri heyəti qarşısında təqdim edəcək.

Qiymətləndirmə zamanı həllin real bazar probleminə uyğunluğu, biznes modelinin dayanıqlılığı və layihənin qlobal miqyasda böyümə potensialı əsas meyarlar sırasında olacaq. Bununla yanaşı, iştirakçılar investorlar, sahibkarlar və innovasiya ekosisteminin nümayəndələri ilə birbaşa əlaqələr qurmaq imkanı əldə edəcəklər.

SABAH Mələk İnvestorlar Klubunun direktoru Alya Abbaszadə bildirib: “Məqsədimiz yalnız bir startap seçərək onu San-Fransiskoda keçiriləcək qlobal finala göndərmək deyil. “Startup World Cup” vasitəsilə regionun perspektivli startap təsisçilərini beynəlxalq investorlarla birbaşa əlaqələndirmək və Bakıdan qlobal bazarlara yeni körpülər yaratmaq istəyirik”.

Regional finalın qalibi noyabrın 6-da San-Fransiskoda keçiriləcək “Startup World Cup Grand Finale” yarışmasında iştirak etmək və 1 milyon ABŞ dolları həcmində investisiya mükafatı uğrunda mübarizə aparmaq hüququ qazanacaq.

“Startup World Cup”ın regional finalının “Baku ID” çərçivəsində keçirilməsi beynəlxalq yarışın yaratdığı imkanları festivalın investor və innovasiya şəbəkəsi ilə birləşdirəcək. Bununla da region startapları qlobal bazarlara çıxış, potensial investorlarla əlaqələr qurmaq və layihələrini beynəlxalq səviyyədə təqdim etmək üçün yeni imkanlar əldə edəcəklər.

Startap layihələrinə müraciətlərin qəbulu sentyabrın 10-dək davam edir. Müraciət etmək istəyənlər https://www.startupworldcup.io/azerbaijan-regional-2026, “Baku ID” innovasiya festivalında iştirak üçün qeydiyyatdan keçmək istəyənlər isə https://bakuid.com/ticketsünvanına daxil ola bilərlər.

Amin Cavayev

Xəbər Lenti

“Özbək xalq nağılları” kitabı nəşr edilib09.09.2026 - 11:55
Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək09.09.2026 - 11:50
BSU 5 ölkədən 17 tələbəni bir araya gətirib09.09.2026 - 11:47
Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirən 22 tələbə09.09.2026 - 11:45
622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə09.09.2026 - 11:40
Professorun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb09.09.2026 - 11:35
BMU-ya yeni qəbul olunan tələbələrlə görüş keçirilib09.09.2026 - 11:30
Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir09.09.2026 - 11:25
Rektor universitetə yüksək balla qəbul olan tələbələrlə görüş keçirib09.09.2026 - 11:20
Madriddə MAMA “Ana təbiət” sərgisinin açılışı olub09.09.2026 - 11:15
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər09.09.2026 - 11:10
Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub09.09.2026 - 11:05
Avqust ayında 18 971 müraciət daxil olub09.09.2026 - 11:00
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir09.09.2026 - 10:55
Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək09.09.2026 - 10:50
DİM-də SAT imtahanı keçiriləcək09.09.2026 - 10:45
İlahiyyatçı: “Sosial şəbəkədən alınan yanlış dini məlumatlar cəmiyyətdə qütbləşmə yaradır”09.09.2026 - 10:40
Etibar Quliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib09.09.2026 - 10:35
Emin Əmrullayevdən müəllim və şagirdlərə təşəkkür paylaşımı09.09.2026 - 10:30
Alimlər insanın gözlənilməz ölüm səbəbini açıqlayıblar09.09.2026 - 10:25
Süd Yolu qalaktikasında Yerə bənzəyən ekzoplanetlər09.09.2026 - 10:20
Dünyanın ən güclü şagirdləri hansı ölkələrdədir?09.09.2026 - 10:15
Tanınmış rejissor və aktyor vəfat etdi09.09.2026 - 10:10
"Valideynlərin təhsil səviyyəsi artdıqca şagirdlərin riyaziyyat nəticələri yüksəlir" - Nazir09.09.2026 - 10:05
Qızların riyaziyyatda oğlanları üstələməsinin səbəbləri - Nazir açıqladı09.09.2026 - 10:00
MİQ və sertifikasiyada yeni YANAŞMA09.09.2026 - 09:55
Bullinqlə bağlı nazirlikdən məktəblərə mesaj09.09.2026 - 09:50
Nazir: “Valideynin təhsili şagirdin nəticəsinə təsir edir”09.09.2026 - 09:45
“Məktəblərdə qadağa təsadüfi deyil” - Emin Əmrullayev09.09.2026 - 09:40
"Bizim təhsil sistemimizdə hələ də ali təhsil almaq arzusu digər bütün məqsəd və vəzifələri üstələyir"09.09.2026 - 09:35
Nazir: “PISA-da neçənci yer tutmağımızdan daha çox irəli getməyimiz vacibdir“09.09.2026 - 09:30
Süni intellektlə həll olunan Riyaziyyat tarixinin məşhur problemi09.09.2026 - 09:25
Alimlərdən yüksək dərəcədə yeni buz növü09.09.2026 - 09:20
Bağçalarda növbəyə yazılma prosesi start götürür09.09.2026 - 09:15
Şimal-qərb bölgəsində 25 məktəbdə təmir işləri yekunlaşıb09.09.2026 - 09:10
Sabaha olan hava proqnozu09.09.2026 - 09:05
BMU rektoru tələbə düşərgəsi çərçivəsində tədbirdə iştirak edib09.09.2026 - 09:00
ABŞ-nin Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü keçirilib09.09.2026 - 08:32
26 dərəcə isti...- GÜNÜN HAVASI09.09.2026 - 05:38
MİQ və sertifikasiya imtahanlarında oxu sualları artırılacaq09.09.2026 - 04:46
Qazax-Tovuz RTİ-nin tabeliyində fəaliyyət göstərən bağçaların SAYI09.09.2026 - 04:02
“Müasir Azərbaycan ədəbiyyatı dərsliklərdə təmsil olunmur” - Yazıçı İradə Aytel08.09.2026 - 14:30
BSU-nun təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi keçirilir08.09.2026 - 14:02
ADPU-CVU ikili diplom proqramının tələbələri Qarabağ Universitetində olublar08.09.2026 - 11:55
Riyazi savadlılıqda ən yüksək irəliləyiş08.09.2026 - 11:50
ADPU-da SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli08.09.2026 - 11:45
Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə start verib08.09.2026 - 11:40