Azərbaycan 2025-ci il üzrə PISA nəticələrində məntiq və oxuma bacarıqları üzrə Ermənistan və Gürcüstanla müqayisədə daha yüksək göstərici nümayiş etdirib.
“Tehsil365” Modern.az-a istinadən xəbər verir ki, 2025-ci il nəticələrinə əsasən, Azərbaycan, Ermənistan və Gürcüstanın göstəriciləri müqayisə edildikdə, məntiq üzrə ən yüksək nəticə Azərbaycana məxsus olub. Azərbaycan 422 bal toplayıb. Gürcüstan 416, Ermənistan isə 377 bal əldə edib.
Riyaziyyat üzrə isə üç ölkə arasında ən yüksək göstəricini 415 balla Gürcüstan göstərib. Azərbaycanın nəticəsi 374, Ermənistanın nəticəsi isə 359 bal olub.
Oxuma bacarıqları üzrə Azərbaycan 388 balla üç ölkə arasında ən yüksək nəticəni göstərib. Ermənistan 377, Gürcüstan isə 364 bal toplayıb.
Bununla belə, hər üç ölkənin nəticələri OECD ölkələri üzrə orta göstəricidən aşağıdır.
OECD üzrə orta göstərici elm üzrə 482, riyaziyyat üzrə 463, oxuma bacarıqları üzrə isə 461 bal təşkil edir.
Qeyd edək ki, PISA – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən beynəlxalq təhsil araşdırmasıdır. Proqram çərçivəsində 15 yaşlı şagirdlərin məktəbdə əldə etdikləri bilik və bacarıqları real həyat situasiyalarında tətbiq etmək qabiliyyəti qiymətləndirilir.

