Təhsil 365 - Logo Mobile

Ekoloq: Təhsildə “yaşıl bacarıqlar”a üstünlük verilməlidir

15510.09.2026 - 17:00
Ekoloq: Təhsildə “yaşıl bacarıqlar”a üstünlük verilməlidir

“Bunu yalnız ayrıca ekoloji ixtisaslar yaratmaq kimi deyil, mövcud peşə və ali təhsil proqramlarının böyük hissəsinə yaşıl energetikalarla bağlı bacarıqların inteqrasiya edilməsi kimi düşünmək daha doğru olar”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında ekoloq Cəmşid Bəxtiyar bildirib.

Ekoloq bildirib ki, əmək bazarında yaşıl peşələrə tələbat artır.

“Əsas səbəblər əmək bazarı dəyişir, bərpa olunan enerji səmərəliliyi, tullantıların idarə edilməsi, su ehtiyatlarının qorunması, ekoloji tikinti və dayanıqlı kənd təsərrüfatı kimi sahələrdə, əlbəttə ki, yeni peşələr yaranacaq və yaranmaqdadır. Ənənəvi peşələr də yaşıllaşır, yəni yaşıl enerjilərə inteqrasiyanı vacib edən məqamları nəzərə alsaq, bunu belə söyləmək olar. Məsələn, elektrik günəş panelləri və enerji sistemləri ilə, tikinti mütəxəssisi enerjiyə qənaət edən binalarla, kənd təsərrüfatı mütəxəssisi suya, torpağa qənaət edən texnologiyalarla işləməli olacaq. Artıq yeni şərait bunu tələb edir”.

Onun sözlərinə görə, peşə təhsilində yaşıl ixtisaslara daha çox yer verilməlidir.

“Peşə təhsilinin rolu, xüsusilə, böyükdür. Günəş və külək energetikası texniki mütəxəssisləri, elektrik və istilik sistemləri, su və tullantı idarəçiliyi kimi praktiki istiqamətlərə daha çox yer verilə bilər. Ali təhsildə isə multidissiplinar yanaşma lazımdır. Mühəndislik, iqtisadiyyat, şəhərsalma, kənd təsərrüfatı, memarlıq və idarəetmə proqramlarında iqlim və ekoloji dayanıqlıq mövzuları mütləq nəzərə alınmalıdır və bunlara uyğunlaşdırılmalıdır. Azərbaycan üçün bu, xüsusilə, aktualdır, çünki bizim günəş və külək enerjisi potensialımız, su ehtiyatlarını səmərəli istifadəsi, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması və işğaldan azad edilmiş ərazilərin bərpası yeni yaşıl bacarıqlara tələbatı daha da artırır. Amma vacib məqam ondan ibarətdir ki, bütün gəncləri yalnız yaşıl peşələrə yönəltmək kimi bir fikiri mən aşılamıram”.

Ekspert vurğulayıb ki, ekoloji savadlılıq bütün peşələr üçün vacibdir.

“Əsas məqsəd onların seçdikləri peşədə həm ənənəvi peşə bacarıqlarına, həm də ekoloji savadlılıq və yaşıl bacarıqlara yiyələnmələridir. Bununla belə, hər bir kəsin ekoloji savadı olmalıdır, çünki ətraf mühit hər birimizdən ona qayğı ilə, sevgi ilə yanaşma tələb edir. Bu, ekoloji bilgilərsiz bu sevgi çox təzahür etməmiş halda olacaq. Bəlkə də, onun qəlbində təbiətə bir sevgi var və onun təbiətlə münasibətdə necə təzahür elətdirməli olduğunu insan bilməlidir. Gələcəyin əmək bazarına hazırlaşmaq üçün ekoloji istiqamətdə təhsildə ayrıca prioritet olmaqla yanaşı, bütün peşə və ali təhsil sahələrinə nüfuz etməlidir”.

Amin Cavayev

Xəbər Lenti

Azərbaycan və Çin alimlərinin dilçilik sahəsindəki əməkdaşlığı10.09.2026 - 14:20
“Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” - elmi konfrans10.09.2026 - 11:05
Özbəkistan əlifbasında yenilik10.09.2026 - 11:00
Buraxılış imtahanının nəticələri açıqlandı10.09.2026 - 10:55
600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib10.09.2026 - 10:50
Qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş 10.09.2026 - 10:45
Qardaş ölkədə müəllimlərə sosial media qadağası10.09.2026 - 10:40
DİM sədri: “"Bərabərlik hər kəsə eyni şeyi vermək deyil"10.09.2026 - 10:35
Süni intellekt hamımızı öldürə bilər10.09.2026 - 10:30
Ali təhsil müəssisələrində yeni fənn proqramları10.09.2026 - 10:25
Dərsliklərə yeni mövzular daxil ediləcək10.09.2026 - 10:20
Azərbaycanlı şagirdlər oxu bacarığında birinci olub10.09.2026 - 10:15
Dövlət qulluğu imtahanlarına qeydiyyat elan olunub10.09.2026 - 10:10
Mühəndislik fakültəsinin yeni tələbələri BMU ilə tanış olublar10.09.2026 - 10:05
Qəbul imtahanlarına proqramlar açıqlanıb10.09.2026 - 10:00
Növbəti il buraxlış imtahanında yeniliklər olacaq ?10.09.2026 - 09:55
Prezident Şərqi Zəngəzura dair saziş imzaladı10.09.2026 - 09:50
İlham Əliyev yeni Dövlət Proqramı təsdiqlədi10.09.2026 - 09:45
“Elmi məlumatların müqayisəli təhlili vacibdir“ - Muxtar Babayev10.09.2026 - 09:40
Prezident Qaradağda istehsal müəssisəsinin açılışında iştirak edib10.09.2026 - 09:35
Sabaha olan hava proqnozu10.09.2026 - 09:30
Marsda müəmmalı izlər10.09.2026 - 09:25
Nazir: “Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir”10.09.2026 - 09:20
Xəzərdə zəlzələ baş verib10.09.2026 - 09:15
XİN Naziri: “Bu gün həmin ənənə təhsil proqramları vasitəsilə davam etdirilir“10.09.2026 - 09:10
Tarixin ən isti avqustu ötən ay olub10.09.2026 - 09:05
DİM qeydiyyat elan etdi10.09.2026 - 09:00
Bu gün boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır10.09.2026 - 08:55
Bu gündən bağçaya növbəyə yazılma prosesi başlayır10.09.2026 - 08:50
DİM-də GRE imtahanı keçiriləcək10.09.2026 - 08:45
Əməkdar mədəniyyət işçisi vəfat edib10.09.2026 - 08:40
Azərbaycan universitetlərinin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib10.09.2026 - 08:35
Musiqi və incəsənət məktəblərinə əlavə şagird qəbulu elan edilib10.09.2026 - 08:30
Bu günə olan hava proqnozu10.09.2026 - 08:25
Özəl bağçalara qeydiyyat start götürür10.09.2026 - 08:20
Ayın yaranması haqqında araşdırma 10.09.2026 - 08:15
Nazir müavini Qazaxda vətəndaşları qəbul edəcək10.09.2026 - 08:10
Şagirdlər üçün süni intellekt qadağası10.09.2026 - 08:05
BŞTİ-yə avqust ayında 18 971 müraciət daxil olub – STATİSTİKA10.09.2026 - 08:00
“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq09.09.2026 - 12:00
“Özbək xalq nağılları” kitabı nəşr edilib09.09.2026 - 11:55
Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək09.09.2026 - 11:50
BSU 5 ölkədən 17 tələbəni bir araya gətirib09.09.2026 - 11:47
Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirən 22 tələbə09.09.2026 - 11:45
622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə09.09.2026 - 11:40
Professorun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb09.09.2026 - 11:35
BMU-ya yeni qəbul olunan tələbələrlə görüş keçirilib09.09.2026 - 11:30