Təhsil 365 - Logo Mobile

“Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” - elmi konfrans

13910.09.2026 - 11:05
“Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” - elmi konfrans

Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfrans keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın iqlim gündəliyində müəyyənləşdirilən prioritetlərin elmi müstəvidə nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. O, COP29-dan sonra dünyada bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi istiqamətində strateji addımlar atıldığını bildirib.

Vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə və yaşıl inkişaf gündəliyində fəal mövqeyini daha da gücləndirib.

AMEA rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qlobal iqlim proseslərində fəal rol oynayan ölkələrdən biri kimi mövqeyini möhkəmləndirib. O, Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsini də ölkəmizin bu istiqamətdə qazandığı beynəlxalq nüfuzun və COP29-dan sonra formalaşmış yeni mərhələnin mühüm göstəricilərindən biri kimi dəyərləndirib.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev çıxışında iqlim dəyişmələrinin təbii fəlakətlərin, sel və güclü yağıntıların, meşə yanğınlarının, su qıtlığının və digər risklərin artmasına səbəb olduğunu söyləyib. O, bu proseslərin səbəb və nəticələrinin obyektiv araşdırılması, müxtəlif elmi yanaşmaların müqayisəli təhlili və iqlim siyasətinin elmi əsaslara söykənməsinin vacibliyini qeyd edib. Həmçinin müasir iqlim dəyişmələrinin təsirlərinin öyrənilməsi üçün yeni texnologiyalardan, müasir laboratoriyalardan və etibarlı elmi məlumatlardan istifadəyə, eləcə də bu sahəyə investisiyaların artırılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iqtisadi inkişafla təbiətin qorunması arasında balansın yaradılmasının prioritetlərdən biri olduğunu bildirib, ekoloji risklərin qarşısının alınmasında elmi araşdırmaların və alimlərin rəyinin nəzərə alınmasının vacibliyini vurğulayıb. O, iqlim dəyişikliklərində antropogen amillərin mühüm rol oynadığını, enerji resurslarından həddindən artıq istifadənin və ətraf mühitin çirkləndirilməsinin təbii balansı pozduğunu söyləyib. Komitə sədri Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin yaratdığı ekoloji nəticələrin daha dərindən araşdırılmasına ehtiyac olduğunu qeyd edərək alimlərin bu istiqamətdə tədqiqatlar aparmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxışında Azərbaycanda davamlı inkişaf, inklüziv cəmiyyət və ekoloji sivilizasiya istiqamətində formalaşmış təcrübədən danışıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova “Qlobal iqlim dəyişiklikləri və yaşıl zəka: elm və innovasiyalar kontekstində dayanıqlı gələcək” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin “İqlim dəyişmələrinə daha həssas olan relikt, nadir və endem bitkilərin monitorinqi və mühafizəsi”, “Azərbaycanın florası və bitkiliyinin müxtəlifliyinə iqlim dəyişmələrinin təsiri və onların mühafizəsi”, “Dəyişən ekoloji mühit və mikroorqanizmlər: davamlı inkişaf üçün yeni imkanlar”, “Yaşıl zəka, süni intellekt və şüur fəlsəfəsi”, “Yaşıl intellekt: elmin fənlərarası populyarlaşdırılmasının yeni drayveri”, “Azərbaycan folklorunda təbiət kultları: mifoloji təfəkkür və ekofolklorik yaddaş kontekstində”, “Azərbaycanın təbiəti və fauna müxtəlifliyi: müasir ekoloji şəraitdə mühafizə və davamlı inkişaf” mövzularında məruzələr dinlənilib.

Amin Cavayev

Xəbər Lenti

Ekoloq: Təhsildə “yaşıl bacarıqlar”a üstünlük verilməlidir10.09.2026 - 17:00
Azərbaycan və Çin alimlərinin dilçilik sahəsindəki əməkdaşlığı10.09.2026 - 14:20
Özbəkistan əlifbasında yenilik10.09.2026 - 11:00
Buraxılış imtahanının nəticələri açıqlandı10.09.2026 - 10:55
600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib10.09.2026 - 10:50
Qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş 10.09.2026 - 10:45
Qardaş ölkədə müəllimlərə sosial media qadağası10.09.2026 - 10:40
DİM sədri: “"Bərabərlik hər kəsə eyni şeyi vermək deyil"10.09.2026 - 10:35
Süni intellekt hamımızı öldürə bilər10.09.2026 - 10:30
Ali təhsil müəssisələrində yeni fənn proqramları10.09.2026 - 10:25
Dərsliklərə yeni mövzular daxil ediləcək10.09.2026 - 10:20
Azərbaycanlı şagirdlər oxu bacarığında birinci olub10.09.2026 - 10:15
Dövlət qulluğu imtahanlarına qeydiyyat elan olunub10.09.2026 - 10:10
Mühəndislik fakültəsinin yeni tələbələri BMU ilə tanış olublar10.09.2026 - 10:05
Qəbul imtahanlarına proqramlar açıqlanıb10.09.2026 - 10:00
Növbəti il buraxlış imtahanında yeniliklər olacaq ?10.09.2026 - 09:55
Prezident Şərqi Zəngəzura dair saziş imzaladı10.09.2026 - 09:50
İlham Əliyev yeni Dövlət Proqramı təsdiqlədi10.09.2026 - 09:45
“Elmi məlumatların müqayisəli təhlili vacibdir“ - Muxtar Babayev10.09.2026 - 09:40
Prezident Qaradağda istehsal müəssisəsinin açılışında iştirak edib10.09.2026 - 09:35
Sabaha olan hava proqnozu10.09.2026 - 09:30
Marsda müəmmalı izlər10.09.2026 - 09:25
Nazir: “Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir”10.09.2026 - 09:20
Xəzərdə zəlzələ baş verib10.09.2026 - 09:15
XİN Naziri: “Bu gün həmin ənənə təhsil proqramları vasitəsilə davam etdirilir“10.09.2026 - 09:10
Tarixin ən isti avqustu ötən ay olub10.09.2026 - 09:05
DİM qeydiyyat elan etdi10.09.2026 - 09:00
Bu gün boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır10.09.2026 - 08:55
Bu gündən bağçaya növbəyə yazılma prosesi başlayır10.09.2026 - 08:50
DİM-də GRE imtahanı keçiriləcək10.09.2026 - 08:45
Əməkdar mədəniyyət işçisi vəfat edib10.09.2026 - 08:40
Azərbaycan universitetlərinin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib10.09.2026 - 08:35
Musiqi və incəsənət məktəblərinə əlavə şagird qəbulu elan edilib10.09.2026 - 08:30
Bu günə olan hava proqnozu10.09.2026 - 08:25
Özəl bağçalara qeydiyyat start götürür10.09.2026 - 08:20
Ayın yaranması haqqında araşdırma 10.09.2026 - 08:15
Nazir müavini Qazaxda vətəndaşları qəbul edəcək10.09.2026 - 08:10
Şagirdlər üçün süni intellekt qadağası10.09.2026 - 08:05
BŞTİ-yə avqust ayında 18 971 müraciət daxil olub – STATİSTİKA10.09.2026 - 08:00
“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq09.09.2026 - 12:00
“Özbək xalq nağılları” kitabı nəşr edilib09.09.2026 - 11:55
Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək09.09.2026 - 11:50
BSU 5 ölkədən 17 tələbəni bir araya gətirib09.09.2026 - 11:47
Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirən 22 tələbə09.09.2026 - 11:45
622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə09.09.2026 - 11:40
Professorun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb09.09.2026 - 11:35
BMU-ya yeni qəbul olunan tələbələrlə görüş keçirilib09.09.2026 - 11:30