Təhsil 365 - Logo Mobile

Könüllülük proqramında iştirak üçün müsabiqə elanı

14411.09.2026 - 07:14
Könüllülük proqramında iştirak üçün müsabiqə elanı

AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında gənclər üçün elmi-praktik yönümlü könüllülük proqramı həyata keçiriləcək.

“Tehsil365” xəbər verir ki,muzey işi və arxeoloji irsin təqdimatı sahəsində nəzəri və praktiki biliklər əldə etmək, tarixi və arxeoloji faktlarla işləmək bacarıqlarını inkişaf etdirmək, elmi və ictimai fəaliyyət istiqamətində təcrübə qazanmaq istəyən gəncləri könüllülük proqramında iştirak üçün müsabiqəyə dəvət edirik.

Müsabiqədə iştirak üçün əsas tələblər

1. İntizamlılıq, məsuliyyətlilik, ünsiyyət və kollektivdə işləmək bacarığı, təşəbbüskarlıq və xarici dil biliklərinəmalik namizədlərə üstünlük veriləcəkdir.

2. Tarix, tarix müəllimliyi, arxeologiya, antropologiya, muzeyşünaslıq, incəsənət, turizm və digər əlaqəli ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcəkdir.

3. Proqrama seçim təqdim olunmuş CV və elektron müraciət forması əsasında aparılacaqdır. İlkin seçim mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

4. Seçilmiş iştirakçılar proqram çərçivəsində nəzəri təlimlərə və praktiki fəaliyyətlərə cəlb olunacaqlar.

Proqramın əsas istiqamətləri

Könüllülük proqramı çərçivəsində iştirakçılara:

• muzey işi və ekspozisiya fəaliyyəti;

• arxeoloji və tarixi irsin təqdimatı;

• tarixi və arxeoloji faktlarla işləmə prinsipləri;

• elmi-populyar təqdimat və kommunikasiya;

• muzey bələdçiliyi;

• arxeologiya və əlaqəli humanitar elmlər üzrə ümumi biliklər;

• elmi-praktiki fəaliyyət və komanda işi

istiqamətlərində nəzəri və praktiki biliklərin əldə edilməsiimkanı yaradılacaqdır.

Proqramın təlim və praktiki təcrübə mərhələləri ardıcıl şəkildə həyata keçiriləcəkdir.

Proqramın nəticələri və iştirakçılar üçün imkanlar

Proqramı uğurla başa vuran iştirakçılara AMEA Arxeologiya və Antropologiya İnstitutu adından sertifikat təqdimediləcəkdir.

Proqramın nəticələrinə əsasən fərqlənən və ən yüksək göstəricilər nümayiş etdirən iştirakçılar mükafatlandırılacaq və İnstitut rəhbərliyi adından diplomla təltif olunacaqlar.

Bununla yanaşı, proqramı uğurla başa vuran və elmi-ictimai fəaliyyətə maraq göstərən iştirakçılar üçün Muzey-sərgi zalı nəzdində fəaliyyət göstərən “Arxeoloji Dərnək”də elmi və ictimai fəaliyyətlərini davam etdirmək imkanı yaradılacaqdır.

Bu imkan könüllülük proqramının iştirakçılarına əldə etdikləri bilik və təcrübəni davamlı şəkildə inkişaf etdirmək, elmi vəmaarifləndirici layihələrdə iştirak etmək, arxeologiya və mədəni irs sahəsində fəaliyyət göstərən mütəxəssislərlə ünsiyyət qurmaqvə gələcək peşəkar inkişafları üçün yeni təcrübə qazanmaqimkanı verəcəkdir.

Müraciət

Müraciətlərin qəbulu üçün son tarix: 30 sentyabr 2026-cı il

Namizədlərdən CV-lərini hazırlamaları və aşağıdakı elektronmüraciət formasını doldurmaları xahiş olunur.

Əlaqə:

E-mail: museum@arxeologiya.az

Telefon: +994 12 510 84 19

Müraciət forması:

https://forms.gle/c8XQBtZhTsuCbbZX6

AMEA Arxeologiya və Antropologiya İnstitutu gəncləriAzərbaycan tarixinin və arxeoloji-mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində həyata keçirilən bu təşəbbüsəqoşulmağa dəvət edir.

Ləman Rəhimli

Xəbər Lenti

Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəb bərpa edilir27.10.2026 - 19:07
Azərbaycanda gənc tədqiqatçıların sayı azalıb27.10.2026 - 19:02
Təhsil sahəsində çalışan qadınların sayı kişilərdən 3 dəfə çoxdur27.10.2026 - 18:47
ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu27.10.2026 - 18:22
İnklüziv təhsildə erqoterapiyanın rolu27.10.2026 - 18:20
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13
Bakı Prosesi çərçivəsində yeni məsələlər müzakirə olunub27.10.2026 - 17:07
“Art Weekend”in silsilə sərgiləri açılacaq27.10.2026 - 17:05
Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib27.10.2026 - 17:02
UFAZ-da tədqiqat seminarı keçirilib27.10.2026 - 17:00
Azərbaycanda İqtisadi Rəsədxana yaradılacaq27.10.2026 - 17:00
Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır27.10.2026 - 15:41
Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır27.10.2026 - 15:39
Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub27.10.2026 - 15:37
ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub27.10.2026 - 15:36
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb27.10.2026 - 15:34
Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır27.10.2026 - 15:31
Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir27.10.2026 - 15:28
Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir27.10.2026 - 15:27
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur27.10.2026 - 15:25
Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb27.10.2026 - 15:22
Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur27.10.2026 - 15:20
Bakıda Azərbaycan-Türkiyə kitabxana əməkdaşlığının perspektivləri nəzərdən keçirilib27.10.2026 - 15:18
Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək27.10.2026 - 15:15
Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanasının stendi böyük maraq doğurub27.10.2026 - 15:12
Bakı Ekspo Mərkəzində “Azərbaycan və özbək nağılları” kitabının təqdimatı olub27.10.2026 - 15:07
TKTA-dan saxta diplomlarla bağlı yazılara münasibət27.10.2026 - 15:04
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 15:02
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir27.10.2026 - 15:00
MDU-da təhsil tələbə krediti ilə bağlı maarifləndirici görüş keçirilib27.10.2026 - 14:57