Təhsil 365 - Logo Mobile

MÜTDA-dan örnək addım

13211.09.2026 - 09:40
MÜTDA-dan örnək addım

150 min şagird əlavə akademik saatlara cəlb olunub.

“Tehsil365” xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.

O qeyd edib ki, şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində müxtəlif müdaxilə tədbirləri həyata keçirilib və bunun nəticəsində müsbət dəyişikliklər əldə olunub.

Eşqi Bağırovun sözlərinə görə, zəif nəticə göstərən şagirdlərlə iş çərçivəsində təxminən 150 min şagirdin əlavə akademik saatlara cəlb olunması təmin edilib.

“Bu istiqamətdə əsas və irimiqyaslı tədbirlərdən biri zəif şagirdlərlə iş olub. Təxminən 150 minə yaxın şagirdin əlavə akademik saatlara cəlb olunması təmin edilib”, - deyə o bildirib.

Agentlik direktorunun sözlərinə görə, müəllimlərə dəstək məqsədilə 90 mindən çox müəllimin dərsi dinlənilib. 

O vurğulayıb ki, dərsdinləmələr yalnız məktəbin inzibati heyəti tərəfindən deyil, bu sahədə ixtisaslaşmış peşəkar metodistlər tərəfindən də həyata keçirilib.

Bildirilib ki, təcrübəli müəllimlərin gənc həmkarlarına dəstəyinin təmin edilməsi məqsədilə təşkil olunan kiçik təlimlərə 47 minə yaxın müəllim cəlb olunub.

Eşqi Bağırov əlavə edib ki, məktəblərdə yay və qış məktəbləri də təşkil olunub. Bu proqramlarda nailiyyətləri zəif olan 136 minə yaxın şagird iştirak edərək əlavə akademik saatlara cəlb olunub.

MÜTDA rəhbərinin sözlərinə görə,  ilk dəfə bu il 5-ci sinif şagirdlərinin rəqəmsal savadlılığı ilə bağlı irimiqyaslı qiymətləndirmə aparılıb:

“İnanırıq ki, onların nəticələri də növbəti mərhələdə müsbət dəyişikliyə səbəb olacaq”.

Agentlik direktorunun sözlərinə görə, ümumi təhsil müəssisələrində həyata keçirilən ənənəvi layihələrin əhatəliliyi də artırılıb və yeni tədris ilində bu istiqamətdə işlərin genişləndirilməsi nəzərdə tutulur.

Amin Cavayev

Xəbər Lenti

Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 10:45
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 10:40
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:00
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05
"4-cü sinif şagirdlərinin oxu nəticələrində artım müşahidə olunur" - Elnur Əliyev11.09.2026 - 08:00
Süni intellekt nəzarətdən çıxır?11.09.2026 - 07:25
Gecə yuxusu zamanı işığa məruz qalmaq ziyandırmı ?11.09.2026 - 07:20
Könüllülük proqramında iştirak üçün müsabiqə elanı11.09.2026 - 07:14
Alimlər Ayda izlər axtaracaq11.09.2026 - 07:10
Konqoda məktəblər yandı11.09.2026 - 07:05
Bu günə olan hava proqnozu11.09.2026 - 07:00
Ekoloq: Təhsildə “yaşıl bacarıqlar”a üstünlük verilməlidir10.09.2026 - 17:00
Azərbaycan və Çin alimlərinin dilçilik sahəsindəki əməkdaşlığı10.09.2026 - 14:20
“Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” - elmi konfrans10.09.2026 - 11:05
Özbəkistan əlifbasında yenilik10.09.2026 - 11:00
Buraxılış imtahanının nəticələri açıqlandı10.09.2026 - 10:55
600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib10.09.2026 - 10:50
Qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş 10.09.2026 - 10:45
Qardaş ölkədə müəllimlərə sosial media qadağası10.09.2026 - 10:40
DİM sədri: “"Bərabərlik hər kəsə eyni şeyi vermək deyil"10.09.2026 - 10:35
Süni intellekt hamımızı öldürə bilər10.09.2026 - 10:30
Ali təhsil müəssisələrində yeni fənn proqramları10.09.2026 - 10:25
Dərsliklərə yeni mövzular daxil ediləcək10.09.2026 - 10:20
Azərbaycanlı şagirdlər oxu bacarığında birinci olub10.09.2026 - 10:15
Dövlət qulluğu imtahanlarına qeydiyyat elan olunub10.09.2026 - 10:10