Təhsil 365 - Logo Mobile

“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir

13911.09.2026 - 09:55
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir

“Rəqəmsal məktəb” platforması 700 min şagirdi əhatə edəcək.

“Tehsil365” xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.

Eşqi Bağırov bildirib ki, “Rəqəmsal məktəb” platformasının əsas məqsədi məktəbdaxili keyfiyyət və tədris prosesinin elektron və rəqəmsal formada idarə olunmasını təmin etməkdir.

Onun sözlərinə görə, platforma məktəbdaxili qiymətləndirmələrin təşkili, nəticələrin emalı və təhlili, eləcə də çevik qərarların qəbulunda mühüm alət rolunu oynayır.

Agentlik direktoru qeyd edib ki, platforma müəllimlərin inzibati iş yükünün azaldılmasına və onlara peşəkar-metodik dəstəyin göstərilməsinə də xidmət edir. Bildirilib ki, platformada müəllimlər üçün Azərbaycan təhsil proqramlarına və kurikulumlarına uyğunlaşdırılmış süni intellekt alətlərindən də istifadə olunur.

Eşqi Bağırovun sözlərinə görə, şagird davamiyyətinin mütəmadi izlənməsi və hesabatlılığın təmin olunması baxımından da “Rəqəmsal məktəb” platforması məktəblər və idarəetmə orqanları üçün əsas vasitələrdən birinə çevrilib.

O bildirib ki, platforma valideyn iştirakçılığının artırılmasına, valideynlərin şagirdlərin davamiyyəti və qiymətləndirmə nəticələrini izləməsinə, həmçinin məktəblə əks-əlaqənin və ünsiyyətin gücləndirilməsinə imkan yaradır.

Qeyd edilib ki, ötən tədris ilində “Rəqəmsal məktəb” platforması yalnız Bakı şəhərində tətbiq olunub və 352 məktəbi, təxminən 400 min şagirdi əhatə edib.

Yeni tədris ilindən etibarən platformanın tətbiq dairəsi genişləndiriləcək. Belə ki, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron və Mingəçevirdə də istifadəyə veriləcək platformanın ümumilikdə 700 minə yaxın şagirdi və 60 mindən çox müəllimi əhatə etməsi nəzərdə tutulur.

Amin Cavayev

Xəbər Lenti

Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 10:45
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 10:40
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:00
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05
"4-cü sinif şagirdlərinin oxu nəticələrində artım müşahidə olunur" - Elnur Əliyev11.09.2026 - 08:00
Süni intellekt nəzarətdən çıxır?11.09.2026 - 07:25
Gecə yuxusu zamanı işığa məruz qalmaq ziyandırmı ?11.09.2026 - 07:20
Könüllülük proqramında iştirak üçün müsabiqə elanı11.09.2026 - 07:14
Alimlər Ayda izlər axtaracaq11.09.2026 - 07:10
Konqoda məktəblər yandı11.09.2026 - 07:05
Bu günə olan hava proqnozu11.09.2026 - 07:00
Ekoloq: Təhsildə “yaşıl bacarıqlar”a üstünlük verilməlidir10.09.2026 - 17:00
Azərbaycan və Çin alimlərinin dilçilik sahəsindəki əməkdaşlığı10.09.2026 - 14:20
“Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” - elmi konfrans10.09.2026 - 11:05
Özbəkistan əlifbasında yenilik10.09.2026 - 11:00
Buraxılış imtahanının nəticələri açıqlandı10.09.2026 - 10:55
600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib10.09.2026 - 10:50
Qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş 10.09.2026 - 10:45
Qardaş ölkədə müəllimlərə sosial media qadağası10.09.2026 - 10:40
DİM sədri: “"Bərabərlik hər kəsə eyni şeyi vermək deyil"10.09.2026 - 10:35
Süni intellekt hamımızı öldürə bilər10.09.2026 - 10:30
Ali təhsil müəssisələrində yeni fənn proqramları10.09.2026 - 10:25
Dərsliklərə yeni mövzular daxil ediləcək10.09.2026 - 10:20
Azərbaycanlı şagirdlər oxu bacarığında birinci olub10.09.2026 - 10:15
Dövlət qulluğu imtahanlarına qeydiyyat elan olunub10.09.2026 - 10:10