Təhsil 365 - Logo Mobile

"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir

13711.09.2026 - 11:05
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir

“Hamı eyni metodologiyanı tətbiq etməlidir”.

“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib.

“Metodologiyanı sinfə qədər eyni şəkildə gətirməliyik. Hamı çalışmalıdır ki, bunu eyni şəkildə tətbiq etsin. Onda biz yaxşı təhsil sistemi olacağıq. “Yox, mənim öz metodum var, mən özüm...” Bu yanaşma yoxdur.

Məsələn, bizim müəyyən protokollarımız olmalıdır və hamı həmin protokolları nizamlı şəkildə tətbiq etməlidir. Məktəb direktorunun işi bu protokolu başa düşüb məktəbdə tətbiq etməkdən ibarət olmalıdır. 

Hansısa xüsusi yaradıcılıq göstərib özündən yeni protokol yazmağa ehtiyac yoxdur. Protokol hazırlanırsa, əlbəttə, məktəb direktoru bu prosesdə iştirak edə bilər.

Amma hər kəs bir protokol yazanda, hər kəs öz reseptini hazırlayanda, hər kəs hamıya ayrı dərman yazanda sistem yaxşı işləmir. Sistem, belə deyək, təlatümə düşür.

Ona görə mənim fikrim bundan ibarətdir ki, ilk növbədə bu ardıcıllığı təmin etməliyik. Təhsil İnstitutu bunları müşahidələr və elmi müzakirələr əsasında həyata keçirir. Siz də məktəb direktorları olaraq bu prosesdə iştirak etməlisiniz. 

Amma ən azı 90-95 faizlik razılığa gəlməliyik ki, bizim sistemimiz müəyyən ardıcıllıqlarla işləyir və hər kəs öz rolunu başa düşür.
Burada hər kəs öz rolunu bilməlidir. Nazirliyin rolu Təhsil İnstitutunu, Agentliyi dəstəkləməkdir. 

Həm inzibati, həm hüquqi, həm də maliyyə baxımından bu məsələlərin həyata keçirilməsinə, yuxarıdan aşağıya doğru tətbiqinə şərait yaratmaq lazımdır.
Regional idarələr yerli səviyyədə başa düşməlidirlər ki, onların əsas vəzifəsi yerlərdə məktəb direktorlarını dəstəkləməkdir.

Məktəb direktorunun rolu isə burada müstəsnadır, yəqin ki, ən vacib rollardan biridir. Direktor müəllimi dəstəkləməlidir. Hər şey müəyyən mənada müəllimdən asılıdır. Çünki dərs deyən şəxs müəllimdir. Sonda sadaladığım əvvəlki şəxslərin heç biri dərs demir. Tədrisi təşkil edən və həyata keçirən müəllimdir.

Müəllimin bu mənada yükü böyükdür, işi çox önəmlidir. Amma bu, onun peşəsinin xüsusiyyətidir. Biz müəllimi belə dərk etməsək, onu fərqli, hansısa poetik müstəvidə anlamağa başlasaq, düzgün nəticəyə gələ bilmərik.

Müəllimi müəyyən mənada “insan mühəndisi” kimi anlamağa başlasaq və ona bütün lazımi alətləri versək, düşünürəm ki, kifayət qədər sürətlə irəli gedə biləcəyik”.

Amin Cavayev

Xəbər Lenti

UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05
"4-cü sinif şagirdlərinin oxu nəticələrində artım müşahidə olunur" - Elnur Əliyev11.09.2026 - 08:00