Təhsil 365 - Logo Mobile

ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək

13615.09.2026 - 04:50
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

“Tehsil365” xəbər verir ki, açılışda elm və təhsil naziri Emin Əmrullayev və SABAH.city innovasiya şəhərciyinin baş icraçı direktoru Nihat Məcidov da iştirak edib. Bildirilib ki, “SABAH.city” layihəsi ümumilikdə 20 hektar ərazini əhatə edəcək. Layihənin birinci mərhələsi 5 hektardan çox ərazini və 20 min kvadratmetr tikili sahəsini əhatə edir. Tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş dörd korpusdan ibarət kompleks inşa olunub.

Şəhərcikdə beş restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu, basketbol və futbol meydançaları, iki padel kortu yaradılıb. Eyni zamanda, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

SABAH.city”də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədris və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfərə çatacağı gözlənilir.

SABAH.city” layihəsi çərçivəsində yaradılan ADNSU Mərkəzində müasir tədris və elmi-tədqiqat infrastrukturu formalaşdırılıb. Mərkəzdə Süni İntellekt İnstitutu, Biotexnologiya, Ekoloji Monitorinq, Prototip Dizayn, Kemoinformatika və Hesablama Kimyası laboratoriyaları, həmçinin müasir tədris auditoriyaları fəaliyyət göstərəcək.

Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri sənaye ilə birbaşa əməkdaşlığın qurulması və real istehsalat problemlərinin həllində elmi yanaşmaların tətbiqidir. Laboratoriyaların imkanlarından neft-qaz, neft-kimya, energetika, ekologiya, biotexnologiya, aqrar və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin ehtiyaclarına uyğun analizlərin aparılması, tətbiqyönümlü tədqiqatların həyata keçirilməsi, yeni texnoloji həllərin hazırlanması və prototipləşdirilməsi məqsədilə istifadə olunacaq.

Bununla yanaşı, laboratoriyalar fundamental və tətbiqi elmi tədqiqatların aparılması üçün müasir tədqiqat bazası rolunu oynayacaq. Burada ADNSU-nun tədqiqat qruplarının fəaliyyəti, multidissiplinar layihələrin həyata keçirilməsi, doktorant, magistr və bakalavr tələbələrinin elmi-tədqiqat prosesinə fəal cəlb olunması planlaşdırılır.

ADNSU Mərkəzinin fəaliyyəti universitet–elm–sənaye əməkdaşlığının gücləndirilməsinə, tətbiqyönümlü tədqiqatların genişləndirilməsinə, innovativ həllərin yaradılmasına və müasir tələblərə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edəcək.

Qeyd edək ki, “SABAH.city”də ADNSU, BDU və AzTU tərəfindən ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası yaradılıb.

Layihənin birinci mərhələsinə üç ali təhsil müəssisəsi ilə yanaşı, səkkiz texnologiya və innovasiya yönümlü şirkət və 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

SABAH.city” layihəsinin əsas məqsədi innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirərək onların qarşılıqlı fəaliyyətini gücləndirən mühit formalaşdırmaqdır. Layihə bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləməklə uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin və texnologiya transferinin inkişafına, eləcə də Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da gücləndirilməsinə töhfə verəcək.

Nuray Babayeva

Xəbər Lenti

Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30