Bakı Mühəndislik Universitetinin (BMU) ümumi işlər üzrə prorektoru Vüqar Həsənov universitetin inkişafında göstərdiyi səmərəli fəaliyyətə görə Fəxri fərmanla təltif edilib.
“Tehsil365” xəbər verir ki, Fəxri fərmanı təqdim edən BMU-nun rektoru Yaqub Piriyev Vüqar Həsənovun universitetdə çalışdığı müddətdə gördüyü işləri yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
Vüqar Həsənov göstərilən diqqətə və fəaliyyətinə verilən yüksək qiymətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

