Sentyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) 2027–2031-ci illəri əhatə edəcək Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti müzakirə keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə universitetin elm istiqaməti üzrə prioritetləri, qarşıdakı dövr üçün əsas fəaliyyət hədəfləri və inkişaf istiqamətləri nəzərdən keçirilib.
Eyni zamanda, 2021–2025-ci illər üzrə Strateji İnkişaf Planının nəticələri təhlil olunub, əldə edilmiş təcrübənin yeni strateji sənəddə nəzərə alınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı universitetin elmi potensialının gücləndirilməsi, müasir çağırışlara uyğun inkişafın təmin edilməsi və uzunmüddətli prioritetlərin müəyyənləşdirilməsi istiqamətində müxtəlif təkliflər səsləndirilib.

