Təhsil 365 - Logo Mobile

AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib

14215.09.2026 - 05:57
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Yadullah Babayev və İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev Çinin paytaxtı Pekində keçirilən “HICOOL 2026 Qlobal Sahibkarlar Sammiti”ndə iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, Pekin Xaricdə Yaşayan İstedadlar Assosiasiyasının (Beijing Overseas Talents Association – BOTA) təşkilatçılığı ilə keçirilən sammitdə dünyanın müxtəlif ölkələrindən sahibkarlar, investorlar, aparıcı universitetlərin, elmi-tədqiqat mərkəzlərinin və innovasiya qurumlarının nümayəndələri bir araya gəlib.

Sammitdə 50 mindən çox iştirakçı təmsil olunub. Tədbir çərçivəsində təşkil olunan sərgidə yüzlərlə startap layihəsi və investisiya qurumu təqdim edilib.

Səfər çərçivəsində AzTU nümayəndə heyəti “HICOOL”un beynəlxalq əməkdaşlıq üzrə direktoru Sophie Zhang ilə görüşüb. Görüş zamanı AzTU İnkubasiya Mərkəzi ilə “HICOOL” arasında əməkdaşlıq imkanları, universitet startaplarına dəstək, gənc sahibkarların inkişafı, mentorluq proqramları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Daha sonra nümayəndə heyəti “HICOOL” Sənaye Parkını ziyarət edib. Burada fəaliyyət göstərən startapların iş şəraiti, inkubasiya və inkişaf mexanizmləri ilə yaxından tanış olan nümayəndələr Pekində fəaliyyət göstərən startap təsisçiləri ilə görüşlər keçirib və “Startup Alliance” mərkəzinə baş çəkiblər.

Sammit çərçivəsində AzTU nümayəndələri Honq Konq Elm və Texnologiya Universitetinin (HKUST), Pekin Texnologiya Universitetinin (Beijing University of Technology) və Pekin Universitetinin (Peking University) sərgi stendlərini də ziyarət ediblər.

Universitet nümayəndələri ilə keçirilən görüşlərdə ali təhsil, elmi tədqiqat, innovasiya, tələbə startaplarının inkişafı və texnologiya transferi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Nuray Babayeva

Xəbər Lenti

Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30