Təhsil 365 - Logo Mobile

AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib

13115.09.2026 - 06:25
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov Özbəkistanın Daşkənd şəhərində “Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu” (DİKTMİ) Milli Tədqiqat Universitetində təşkil olunan seminarda iştirak edib.

“Tehsil365” xəbər verir ki, Tədbir Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı üzrə "Yaşıl Bacarıqların İnkişafının Gücləndirilməsi" regional texniki yardım layihəsi çərçivəsində keçirilib.

Seminarda CAREC Proqramı çərçivəsində Regional Yaşıl Kənd Təsərrüfatı Mərkəzi (RCGA) internet platformasının yaradılması və “Davamlı inkişaf üzrə yaşıl inklüziv dəyişikliklər” (Green Inclusive Change for Sustainable Development) adlı akademik modulun hazırlanması məsələləri müzakirə olunub. Tədbirdə CAREC Proqramına üzv dövlətlərin (Azərbaycan, Pakistan, Monqolustan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Gürcüstan) və digər ölkələrin aparıcı universitetlərinin nümayəndələri, ekspertlər, eləcə də AİB-nin mütəxəssisləri iştirak ediblər.

Seminarın əsas məqsədi region ölkələri arasında yaşıl, iqlimə davamlı və rəqəmsal kənd təsərrüfatı, həmçinin yaşıl bacarıqlar istiqamətində əməkdaşlığın gücləndirilməsi, RCGA rəqəmsal platformasının inkişaf etdirilməsi və “Davamlı inkişaf üzrə yaşıl inklüziv dəyişikliklər” adlı akademik modula dair sənədlərin işlənməsi olub.

AzTU prorektoru seminarda “Dairəvi İqtisadiyyat və Resurs Səmərəliliyi” mövzusu ilə bağlı Azərbaycan Respublikasında həyata keçirilmiş layihələr və AzTU tərəfindən görülmüş işlər barədə geniş təqdimatla çıxış edib.

Seminar layihədə iştirak edən ali təhsil müəssisələri arasında yaşıl bacarıqlar sahəsində mövcud tədris, tədqiqat və akademik mübadilə imkanlarının genişləndirilməsi və yeni imkanların müəyyənləşdirilməsi baxımından faydalı olub.

Nuray Babayeva

Xəbər Lenti

Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30