Bu gün Azərbaycanda Bilik Günüdür.
“Tehsil365” xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris prosesi başlayır.
2026–2027-ci tədris ili üzrə 124 mindən çox uşaq birinci sinfə qəbul olunub və onlar məktəb yollarına ilk qədəmlərini qoyacaqlar.
Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.
Onu da qeyd edək ki, "Tehsil 365" informasiya agentliyi olaraq 45 nömrəli tam orta məktəbdə "məktəbdə bir gün" proqramının çəkilişini həyata keçirdik.

