Şurada Tədris üzrə prorektor dosent Gəray Musayev yeni tədris ilinə hazırlıq, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
“Tehsil365” xəbər verir ki, UNEC İmtahan mərkəzinin direktoru Tahir Bədəlov 2025/2026-cı tədris ilinin yaz semestrinin sessiya imtahanlarının nəticələri haqqında hesabatla çıxış edib. Bildirib ki, Test, yazılı, elektron yazılı olmaqla ümumilikdə 338 imtahan təşkil olunub. Bu il ingilis dili üzrə imtahanların ilk dəfə olaraq Aptis üzrə British Counsil tərəfindən keçirildiyi və tələbələrin 93 faizinin imtahanlardan müvəffəq nəticələr qazandığı yüksək qiymətləndirilib. Hesabatda fakültələr üzrə müvəffəqiyyət və keyfiyyət göstəriciləri də, illər üzrə müqayisəsi də diqqətə çatdırılıb.
Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Yay semestrinin yekunları haqqında hesabat verib. Bldirib ki, bu il ilk dəfə olaraq yay məktəbinə kənar ölkədən tələbə cəlb edilib. Ümumilikdə Yay semestri 4 dildə 74 fənn üzrə təşkil olunub və 1113 tələbə iştirak edib. Bu yay semestrində kənar ali təhsil müəssisələrindən cəlb edilən tələbələrin sayı ötən illə müqayisədə 3 dəfəyə yaxın artıb.
Sonra "UNEC-in Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi"ni qəbul etdik. Beləliklə, UNEC-də müəllimlər, əməkdaşlar və tələbələr tərəfindən Süni İntellektdən istifadə çərçivəsini müəyyən etdik.
Elmi Şurada “UNEC Süni intellekt üzrə etik və məxfilik kodeksi” qaydaları təsdiq olunub. UNEC Süni intellekt layihəsinin meneceri Vüsalə Əfəndiyevanın təqdimatında bildirilib ki, kodeks UNEC-də müəllimlər, əməkdaşlar və tələbələr tərəfindən Süni İntellektdən istifadə çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Qeyd olunub ki, kodeks müəllim, əməkdaş və tələbələrin süni intellektdən istifadəsi üzrə vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.
Elmi Şura cari məsələlərin müzakirəsi və qaydaların təsdiqlənməsi ilə davam edib. Şurada UNEC magistratura səviyyəsi üzrə "Elmi-pedaqoji təcrübənin təşkili qaydaları”na dair təklif layihəsi, UNEC-in “Keyfiyyət Təminatı Siyasəti”, Yunus Sosial Biznes Mərkəzinin Əsasnaməsi, eləcə də Elmi Şuranın iş planı təsdiqlənib.

