Təhsil 365 - Logo Mobile

BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib

14216.09.2026 - 04:43
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) 2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar açılış mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev tədbir iştirakçılarını, xüsusilə universitetə yeni qəbul olunan birinci kurs tələbələrini salamlayaraq onları BMU ailəsinin üzvü olmaları münasibətilə təbrik edib. Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasının müəyyənləşdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyət göstərdiyini vurğulayıb. Azərbaycanın gələcəyinin innovasiya və texnologiyalar üzərində qurulduğunu qeyd edərək gənclərdən qazandıqları müasir bilikləri ölkənin rəqəmsal inkişafına yönəltmələrini gözlədiklərini bildirib.

BMU-nun son illərdə əldə etdiyi beynəlxalq uğurlardan danışan Yaqub Piriyev ali məktəbin dünya universitetləri reytinqində mövqeyinin yüksəldiyini, maddi-texniki bazanın gücləndirilməsi, ixtisasların beynəlxalq akkreditasiyası, beynəlxalq əlaqələrin genişləndirilməsi və məzunların məşğulluğunun təmin olunması istiqamətində mühüm işlər görüldüyünü deyib. Bildirib ki, həyata keçirilən tədbirlər builki qəbulun nəticələrində də özünü göstərib. 2026–2027-ci tədris ilində bakalavriat səviyyəsində 41 ixtisas üzrə qəbul planı 98,4 faiz dolub. Magistratura səviyyəsi də daxil olmaqla, BMU-nu ümumilikdə 3375 nəfər seçib. Bu, universitet tarixində ən yüksək qəbul göstəricisidir. Müqayisə üçün, 3 il əvvəl 30 ixtisas üzrə BMU-ya 1177 nəfərin qəbul olunduğu, tələbələrin sayında təxminən 187 faiz artımın qeydə alındığı vurğulanıb. Rektor yüksək nəticə göstərən abituriyentlərin sayının da artdığını diqqətə çatdırıb. Belə ki, 2026–2027-ci tədris ilində BMU-nu seçən 500-700 bal intervalında nəticə göstərmiş abituriyentlərin sayı 400 nəfəri ötüb.

Yaqub Piriyev, həmçinin Cənubi Koreya və Çinin aparıcı universitetləri ilə bakalavriat səviyyəsində 10 ixtisas üzrə həyata keçirilən 3 ikili diplom proqramına qəbul planının 100 faiz yerinə yetirildiyini bildirib. Bu proqramlara qəbul olunan tələbələrin 259 nəfəri 500-dən, 47 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

BMU məzunlarının uğurlarına ayrıca toxunan rektor cari ildə universitetin 25-dən artıq məzununun xarici nüfuzlu ali təhsil müəssisələrinin magistratura və doktorantura proqramlarına qəbul olduğunu, onların Dövlət Proqramı çərçivəsində təhsillərini davam etdirəcəklərini deyib. Bununla yanaşı, müxtəlif ölkələrin universitetlərinə müstəqil şəkildə qəbul olunan çoxsaylı BMU məzunlarının da olduğunu deyən rektor belə uğurların davamına əminliyini ifadə edib.

Çıxışının sonunda Yaqub Piriyev tələbələri universitetdə yaradılan imkanlardan maksimum yararlanmağa, peşəkar, Vətənə sadiq, məsuliyyətli və yüksək dəyərlərə sahib mütəxəssislər kimi formalaşmağa çağırıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tələbələri yeni tədris ili münasibətilə təbrik edib, ölkəmizdə gənclərin təhsili üçün yaradılan geniş imkanlardan danışıb. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində gənc və peşəkar kadrların rolunu xüsusi vurğulayan icra başçısı tələbələrin gələcəkdə bu prosesə öz töhfələrini verəcəklərinə əminliyini bildirib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev təbrik nitqində tələbələrə qarşılarına qoyduqları məqsədlərə doğru inamla irəliləməyi, bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyi tövsiyə edib. Eyni zamanda gəncləri təhsilin növbəti pillələrində dövlət tərəfindən yaradılan xaricdə təhsil imkanlarından faydalanmağa çağırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov müasir dövrdə süni intellekt və yeni texnologiyaların ölkələr və şirkətlər arasında rəqabətin əsas amillərindən birinə çevrildiyini vurğulayıb. O, gənclərin bu sahədə öz potensiallarını reallaşdırmasının, müasir bilik və bacarıqlara yiyələnməsinin vacibliyini qeyd edib, tələbələrə təhsil həyatlarında uğurlar arzulayıb.

Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova da müəllim və tələbə heyətini yeni tədris ili münasibətilə təbrik edərək, bilikli, hazırlıqlı və texnoloji yeniliklərə açıq gənclərin hər bir ailə və bütövlükdə cəmiyyət üçün qürur mənbəyi olduğunu bildirib.

Mərasimdə 2026–2027-ci tədris ilində BMU-ya qəbul olunan şəhid övladları xüsusi ehtiramla qarşılanıb. Onlara universitet həyatına atdıqları ilk addım münasibətilə hədiyyələr təqdim edilib. 

Tədbirin digər yaddaqalan məqamı yüksək nəticə ilə BMU tələbəsi adını qazanan gənclərin təqdimatı olub. 650-dən yuxarı bal toplayan tələbələr səhnəyə dəvət edilib və onlara hədiyyələr təqdim olunub. 

Nuray Babayeva

Xəbər Lenti

"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20