Təhsil 365 - Logo Mobile

“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq

14216.09.2026 - 05:37
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq

Bakı Dövlət Universitetinin (BDU) “SABAH.city” innovasiya şəhərciyində fəaliyyətinin təşkili ölkədə müasir elm və təhsil sisteminin inkişafı, yüksək rəqabətli insan kapitalının formalaşdırılması, təhsil-elm-sənaye əlaqələrinin gücləndirilməsi və elmi nəticələrin praktiki tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Tehsil365” xəbər verir ki, Layihənin əsas məqsədi BDU-nun təhsil, elmi-tədqiqat və innovasiya potensialını “SABAH.city” innovasiya ekosistemi ilə inteqrasiya etməklə müasir əmək bazarının tələblərinə cavab verən, praktiki və tədqiqat bacarıqlarına malik yüksəkixtisaslı kadrların hazırlanması üçün yeni təhsil-tədqiqat-sənaye modelinin formalaşdırılmasıdır.

Bu çərçivədə tələbələrin nəzəri biliklərinin müasir laboratoriya şəraitində praktik bacarıqlara çevrilməsi, tədris prosesinin əmək bazarının və sənaye tərəfdaşlarının tələbləri ilə əlaqələndirilməsi, təhsil prosesinin elmi-tədqiqat fəaliyyəti ilə daha sıx inteqrasiyasının təmin edilməsi, nanofizika, nanotexnologiya, biotexnologiya, biokimya və nanobiologiya kimi prioritet və yüksək texnologiyalara əsaslanan istiqamətlər üzrə müasir kadr hazırlığının gücləndirilməsi, tələbə və gənc tədqiqatçıların innovasiya və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, elmi nəticələrin patentləşdirilməsi və kommersiyalaşdırılması imkanlarının genişləndirilməsi, universitet-sənaye əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsi, BDU-nun beynəlxalq elmi və təhsil əməkdaşlığı imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Layihənin ilkin mərhələsində BDU ilə Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq mexanizmləri yaradılıb, “SABAH.city” MMC ilə razılaşma protokolu imzalanıb və müvafiq fəaliyyət planları hazırlanıb.

SABAH.city”də BDU üçün tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq. Ümumilikdə 407,1 kv.m. sahədə 2 laboratoriya, 3 auditoriya və 1 inzibati otaq yaradılıb. İnfrastrukturun əsas hissəsini Nanobiologiya, biotexnologiya və biokimya laboratoriyası və Nanofizika laboratoriyası təşkil edir. Nanobiologiya, biotexnologiya və biokimya laboratoriyasında mikrobiologiya, hüceyrə kulturası, molekulyar biologiya, spektroskopiya və mikroskopiya istiqamətlərində praktiki məşğələlərin və tədqiqatların aparılması nəzərdə tutulur. Nanofizika laboratoriyasında optika, elektronika, nano-sintez, səth analizi və materialşünaslıq istiqamətlərində praktiki tədris və tədqiqat imkanları yaradılacaq. Laboratoriyalarda 331 adda fiziki avadanlıq və ləvazimat dəsti, 11 elmi sahəni əhatə edən təqribən 190 real təcrübə imkanı və tələbələr üçün praktiki məşğələlərin təşkili nəzərdə tutulur.

Fiziki laboratoriyaların fəaliyyətini tamamlayan mühüm komponentlərdən biri virtual laboratoriya platformasıdır. Platforma 11 elmi modul və 60-dan çox interaktiv təcrübəni əhatə edir, Azərbaycan və ingilis dillərində istifadəyə imkan verir və 24/7 əlçatanlıq prinsipi ilə fəaliyyət göstərir. Tələbə əvvəlcə təcrübəni virtual mühitdə bir neçə dəfə həyata keçirir, daha sonra dərs zamanı real avadanlıq üzərində həmin təcrübəni icra edir və sonda qiymətləndirmədən keçir. Bu yanaşma həm tələbənin hazırlıq səviyyəsini yüksəldir, həm də real laboratoriyada vaxtın daha səmərəli istifadəsinə imkan verir.

Layihənin ən mühüm nəticələrindən biri yüksəkixtisaslı və praktiki bacarıqlara malik insan kapitalının formalaşdırılmasıdır. İlkin olaraq “SABAH.city”də magistratura səviyyəsində Biologiya, Kimya və Fizika ixtisasları üzrə tədrisin, bakalavriat səviyyəsində isə uyğun ixtisaslarda müəyyən fənlərin tədrisinin təşkili nəzərdə tutulub. Bununla yanaşı, əmək bazarının tələblərinə uyğun beynəlxalq peşəkar sertifikatlaşdırma proqramlarının kurikuluma inteqrasiyası və  təhsilalanların bu proqramlara cəlb olunması nəzərdə tutulur.

Layihə çərçivəsində tələbə və tədqiqatçıların sahibkarlıq, innovasiya və elmi nəticələrin kommersiyalaşdırılması üzrə bilik və bacarıqları da inkişaf etdiriləcək.

Nuray Babayeva

Xəbər Lenti

"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20