24-25 dekabr 2026-cı il tarixlərində Lənkəran Dövlət Universitetində (LDU) “Azərbaycan regionlarında rəqəmsal sahibkarlıq və yaşıl texnologiyaların tətbiqi ilə iqtisadi inkişaf” mövzusunda Respublika Elmi-Praktik Konfrans keçiriləcək.
“Tehsil365” xəbər verir ki, Konfransda Azərbaycan regionlarında rəqəmsal sahibkarlığın inkişafı, yaşıl texnologiyaların tətbiqi və bu istiqamətlərin iqtisadi inkişafa təsiri ilə bağlı elmi-praktik məsələlərin müzakirəsi nəzərdə tutulur.
Konfrans haqqında ətraflı məlumatla LDU-nun rəsmi saytında (www.lsu.edu.az) tanış olmaq mümkündür.

