Təhsil 365 - Logo Mobile

İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək"

28422.09.2026 - 11:50
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək"

“Bir ilahiyyatçı kimi bildirirəm ki, əgər məktəblərdə geyim mövzusu ilə bağlı verilən qərar qız uşaqlarının məktəbə hicabla gəlməsini qadağan edərsə, hələ ki, medianın iddiasıdır, RUSİYA, GÜRCÜSTAN, FRANSA, ALMANİYA, NORVEÇ, İSVEÇ və sair kimi XRİSTİAN OLAN DÜNYƏVİ və DEMOKRATİK ölkələrdə belə bir qadağa olmamasını əsas gətirərək cəmiyyətimizdə İSLAMAFOBİYANIN tərkib hissəsi kimi başa düşüləcək və cəmiyyətin haqlı narazılığına səbəb olacaq. Xatırladım ki, qərb ölkələrində sifətin görünməsinə maneə olan niqab qadağan olunub, hicab yox”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında ilahiyyatçı Fazil Əhməd bildirib.

İlahiyyatçı bildirib ki, bu qərar Konstitusiyaya və demokratik dəyərlərə zidd nəticələrə gətirib çıxarmamalıdır.

“Tövsiyə edirəm ki, bu qərar Konstitusiyamıza daban-dabana zidd olan, demokratik dəyərlərə daban-dabana zidd olan nəticələrə gətirib çıxaran qadağalarla nəticələnməsin”.

Onun sözlərinə görə, hicab qadağası cəmiyyət və dövlət arasında uçuruma səbəb ola bilər:

“Əgər bu qərar hicab qadağası ilə müşaiyət olunsa, cəmiyyətdə xeyli insanın narazılığı ilə qarşılaşacaq. Narazı insanlar da fərqli formada fikir yürüdürlər. Kimisi mənim kimi, öz fikrini normal dinc formada ifadə edir. Kimisi isə təbii olaraq hisslərə qapılaraq fikirlərini radikal formada ifadə edəcək və övladının təhsil almaq hüququnun pozulması kiçik bir məsələ olmadığı üçün birmənalı qarşılanmayacaq.

Əgər bu qərar hicab qadağası ilə müşaiyət olunsa xarici media vasitələri, eləcə də Azərbaycanın qoşulduğu İslam tərəfdaşlıq ittifaqı ölkələrinin müxtəlif dairələri tərəfindən kəskin tənqidə səbəb olacaq.

Müxalifət mövqeyində olan bir çox xarici və daxili təşkilatlar, bloqerlər, yazarlar, jurnalistlər Azərbaycanda hüquq və azadlıqların pozulması mövzusunda KƏSKİN ÇIXIŞLAR edəcəklər.

Bütün bunlar CƏMİYYƏT İLƏ DÖVLƏT arasında uçuruma və öz dövlətinə qarşı səbəbsiz nifrətin yaranması ilə müşaiyət olunacaq”.

Ekspert vurğulayıb ki, heç bir ciddi səbəb olmadan belə bir qərarın verilməsi xarici qüvvələrin təsiri kimi qiymətləndirilə bilər:

“Biz bilirik ki, hər bir verilən qərar baş vermiş hər hansı hadisə və motiv üzərindən verilir. Bu qərar əgər hicab qadağası ilə müşaiyət olunarsa ortada bir ciddi səbəb, motiv olmadığı üçün həm də bir çoxları tərəfindən XARİCİ QÜVVƏLƏRİN TƏSİRİ nəticəsində qəbul olunmuş qərar kimi dəyərləndirilə bilər. Çünki, doğrudan da heç bir insident, arqument olmadan hicab məktəblərdə hicab qadağasına dair qərar verilməyə səbəb olarsa belə bir qərarın günün günorta çağı verilməsi HANSI ZƏRURƏTDƏN DOĞUR sualı yaradacaq.

Yenə də ümid edirəm ki, verilən qərar hicab məsələsini əhatə etməyəcək və dövlətimizin son illərdə nümunə olduğu tolerantlıq və multikultural dəyərləri tapdalayan addımlara səbəb olmayacaq”.

Aydan Ələkbərova

Xəbər Lenti

20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55