Təhsil 365 - Logo Mobile

Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR

8325.09.2026 - 11:10
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib.

“Tehsil365" xəbər verir ki, iclası institutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Professor strukturda aparılan dəyişikliklər, görülən işlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas hədəflər barədə məlumat verib. O bildirib ki, həyata keçirilən optimallaşdırma tədbirləri nəticəsində institutda ümumilikdə 21 laboratoriyanın fəaliyyətinin davam etdirilməsi, həmçinin 2 mərkəzin və zəruri struktur bölmələrinin yaradılması təmin olunub.

Əfsun Sucayev institutda rəqəmsallaşma və elektron idarəetmənin tətbiqi istiqamətində işlərin başlandığını bildirib. Professor müasir laboratoriya idarəçiliyi üzrə kadr potensialının gücləndirilməsi və gənc mütəxəssislərin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib.

Daha sonra Beynəlxalq əməkdaşlıq sektorunun professoru laboratoriyaların fəaliyyət istiqamətlərini təhlil etdiyi, xarici elmi müəssisələrlə əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni əlaqələrin qurulması istiqamətində işlər apardığı barədə məlumat verib.

Qeyd edilib ki, Kimya İnstitutu ABŞ-ın iki universiteti ilə əməkdaşlığa başlayıb. Hazırda Texas Universiteti ilə birgə tədqiqatlar aparılır. Həmçinin Kimya İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Kaliforniyanın Bentley Universitetinin iştirakı ilə birgə tədqiqat qrupu yaradılıb. İnnovativ layihələrin həyata keçirilməsi istiqamətində işlərə başlanılıb.

Bununla yanaşı, Türkiyə universitetləri ilə əvvəlcədən yaradılmış əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Belarus Elmlər Akademiyasının üzvü olan Fiziki Kimya İnstitutu ilə əməkdaşlığa başlanılması istiqamətində iş aparılır və bununla bağlı memorandum hazırlanıb.

Qazaxıstanın Kimya Elmləri İnstitutu ilə əməkdaşlıq əlaqələri qurulub. Rusiyanın bir sıra elmi-tədqiqat institutları ilə isə danışıqlar aparılır.

Əfsun Sucayev bildirib ki, institut laboratoriyalarının imkanları əməkdaşlıq etdiyi beynəlxalq elmi-tədqiqat müəssisələrinə təqdim olunur və birgə tədqiqatların həyata keçirilməsi üçün yeni imkanlar araşdırılır.

Professor innovasiya istiqamətində görülən işlər barədə də məlumat verib. O bildirib ki, Yüksək Texnologiyalar Parkının “Sabah City” mərkəzi ilə müqavilə imzalanıb. Əməkdaşlığın institutda həyata keçirilən innovativ işlərlə dövlət sektoru arasında əlaqələrin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Bundan əlavə, Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi ilə danışıqlar aparılır. Artıq iki innovativ layihənin istehsalat mərhələsi ilə bağlı işlər həyata keçirilir.

Daha sonra institutun 2026-cı il üzrə doktoranturaya qəbulunun nəticələri açıqlanıb.

Bildirilib ki, 2026-cı il üzrə fəlsəfə doktoru hazırlığı üçün 21 vakant yerə 24 nəfər sənəd verib. Onlardan 13 nəfəri ixtisas imtahanında iştirak edib və bütün namizədlər imtahandan məqbul qiymət alıb.

Müsabiqənin nəticələrinə əsasən, 8 nəfərə institut daxilində yer verilib. Digər 5 nəfərə yer ayrılması üçün Elm və Təhsil Nazirliyinə müraciət ünvanlanıb. Qəbul olunan doktorantların tədqiqat mövzuları və elmi rəhbərləri təsdiqlənib. Onlara institutun daxili qaydaları və müvafiq təlimatlar barədə məlumat verilib.

Daha sonra Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova Kimya İnstitutunun 2026–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planını təqdim edib.

O bildirib ki, institutun Strateji İnkişaf Planında elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, innovativ texnologiyaların yaradılması və elmi nəticələrin sənayedə tətbiqi əsas hədəflər kimi müəyyənləşdirilib.

Sevinc Həsənova bildirib ki, Kimya İnstitutu 2026–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planı çərçivəsində fundamental və tətbiqyönlü tədqiqatların inkişaf etdirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi infrastrukturun modernləşdirilməsi və yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Qeyd edilib ki, strateji sənəd institutun uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirir, elmi və innovativ fəaliyyətin vahid məqsədlər ətrafında əlaqələndirilməsini, resurslardan səmərəli istifadəni və nəticələrin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsini nəzərdə tutur.

Planın icrası nəticəsində institutun Azərbaycanda kimya elminin aparıcı mərkəzlərindən biri kimi mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi və sənaye yönümlü innovativ məhsul və texnologiyaların yaradılması istiqamətində yeni imkanların formalaşdırılması hədəflənir.

Təqdimatdan sonra Strateji İnkişaf Planı yekdilliklə təsdiqlənib və onun icrasına başlanılması ilə bağlı müvafiq tövsiyələr verilib.

İclasda gündəlikdə duran digər məsələlər də müzakirə olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişaf Planı təsdiqlənib - FOTO25.09.2026 - 10:50
BSU beynəlxalq reytinqdə 404 pillə irəlilədi25.09.2026 - 10:40
Tarixə çevrilən 44 Gün 24.09.2026 - 06:30
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24