Təhsil 365 - Logo Mobile

ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

9828.09.2026 - 08:30
ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Çin Xalq Respublikası, Çexiya, Latviya və Macarıstanda silsilə tədbirlər keçirilib.

“Tehsil365" xəbər verir ki, Çinin Şanxay şəhərində Çində təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə Anım Gününə həsr olunmuş “Azerbaijani Youth Forum: Unity, Remembrance, Honor” adlı gənclər forumu keçirilib. Görüş zamanı 30 il işğal altında qalmış ərazilərimizin azad olunmasından, Vətən müharibəsi və antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edilib. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və diplomatik fəaliyyət, xalqımızın birlik və həmrəyliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb. Tarixi Qələbənin xalqımızın yaddaşında xüsusi yer tutduğu vurğulanıb. Forumun ikinci hissəsində isə Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, ASAP-ın Proqram meneceri Gülüstan Kərimli və Şanxay Jiao Tong Universitetinin tələbəsi, həmçinin ASAP Şanxay üzvü Yusif Məmmədovun iştirakı ilə “Xarici ölkələrdə Birlik və Milli Kimliyin qorunması” mövzusunda panel müzakirə keçirilib.

Çexiyanın Brno şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar sənədli film nümayişi keçirilib. Azərbaycanlı gənclərin iştirakı ilə baş tutan tədbir zamanı vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi anılıb. Nümayişin ardından filmin mövzusu və əhəmiyyəti ətrafında müzakirələr aparılıb. Görüş çərçivəsində Anım Gününün gənc nəsil arasında təbliğinin və tarixi yaddaşın qorunmasının əhəmiyyəti vurğulanıb.

Latviyanın Riqa şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş görüş keçirilib. Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva altı il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladığını və bunun 44 günlük Vətən müharibəsinin başlanğıcı olduğunu diqqətə çatdırıb. Səfir Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirib. Eyni zamanda, Latviyada təhsil alan gənclərlə Vətən müharibəsinin tarixi əhəmiyyəti, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və milli yaddaşın qorunmasında gənclərin rolu barədə fikir mübadiləsi aparılıb.

Macarıstanın Budapeşt şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən səfir Esmira Cəfərova 27 Sentyabr - Anım Gününün tarixi önəmindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərə gedən yoldakı şücaətindən bəhs edib. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin oğlu, hazırda Budapeşt şəhərində təhsil alan Nurlan Mirzəzadə atasının keçdiyi qəhrəmanlıq yolundan danışaraq onunla bağlı xatirələrini bölüşüb. Daha sonra gənclərlə Vətən müharibəsinin tarixi əhəmiyyəti, Zəfərin əldə olunmasında gənclərin rolu və milli yaddaşın qorunması barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, 27 Sentyabr – Anım Gününə həsr olunmuş “History Through Law: Justice, Memory and Legacy” adlı onlayn görüş keçirilib. Müxtəlif ölkələrdə hüquq sahəsində təhsil alan gənclərin iştirak etdiyi tədbirdə Kembric və Corc Vaşinqton universitetlərinin məzunu, Qarabağ Universitetinin müəllimi, hüquqşünas Cavid Rəhimli və Vyana Universitetinin Müqayisəli Korporativ Hüququ üzrə doktorantı, eləcə də ASAP Vyana nümayəndəsi Ənvər Əliyev 27 Sentyabr – Anım Gününün tarixi və hüquqi əhəmiyyəti, beynəlxalq hüquq kontekstində Qarabağ münaqişəsi, müharibənin hüquqi aspektləri, ədalət və tarixi yaddaş məsələləri barədə iştirakçılara məlumat veriblər. Görüş zamanı həmçinin beynəlxalq hüququn münaqişələrin həlli və tarixi hadisələrin hüquqi qiymətləndirilməsində rolu müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.




Aydan Ələkbərova

Xəbər Lenti

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub - FOTOLAR28.09.2026 - 13:35
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib26.09.2026 - 20:20
Azərbaycanda Anım Günüdür!26.09.2026 - 20:02
Anım Günü şagirdlərin təqdimatında25.09.2026 - 18:30
Bakı Avrasiya Kollecində “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçirilib - FOTOLAR25.09.2026 - 16:50
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR25.09.2026 - 11:10
Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişaf Planı təsdiqlənib - FOTO25.09.2026 - 10:50
BSU beynəlxalq reytinqdə 404 pillə irəlilədi25.09.2026 - 10:40
Tarixə çevrilən 44 Gün 24.09.2026 - 06:30
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17