Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri, dosent, pedaqogika üzrə fəlsəfə doktoru Günay Şirəliyeva II kurs magistrantlarla görüş keçirib.
Bu barədə “Tehsil365”ə ADU-dan bildirilib ki, görüş zamanı magistrantların təhsil prosesində qarşılaşdıqları məsələlər, elmi-tədqiqat fəaliyyətləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Kafedra müdiri magistrantların ixtisas üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinin, elmi araşdırmalara cəlb olunmasının və müasir tədris metodlarından səmərəli istifadənin əhəmiyyətindən danışıb.
Görüşdə magistrantların sualları dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.
Sonda dosent Günay Şirəliyeva magistrantlara təhsildə və elmi fəaliyyətlərində uğurlar arzulayıb, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün onlara hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.

