Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən Psixoloji yardım mərkəzinin təşkilatçılığı ilə Filologiya fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib.
Bu barədə “Tehsil365”ə ADU-dan bildirilib ki, seminarın əsas məqsədi tələbələrdə məqsəd anlayışının psixoloji mahiyyəti, məqsədin müəyyənləşdirilməsi, motivasiyanın formalaşdırılması və uğura aparan şəxsi resursların dərk edilməsinə dair elmi-praktik baxış yaratmaq olub.
Seminar zamanı tələbələr fəal iştirak edib, suallarını ünvanlayıb və müzakirələrə qoşulublar. Tələbələrin mövzuya göstərdiyi maraq seminarın əsas nəticələrindən biri olub.
Tələbələrin yüksək fəallığı və marağı göstərib ki, bu istiqamətdə interaktiv və praktik seminarların keçirilməsi onların psixoloji maarifləndirilməsi baxımından vacibdir.




