1 Oktyabr Ahıllar günüdür.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 14 dekabr 1990-cı ildə qəbul etdiyi 45/106 saylı qətnamə ilə 1 oktyabr tarixini Beynəlxalq Ahıllar Günü elan edib.Bu barədə “Təhsil365” xəbər verir ki, Bu beynəlxalq gün yaşlı insanların cəmiyyətdəki roluna, onların hüquq və ləyaqətinin qorunmasına, sosial iştirakına və rifahına diqqətin artırılmasına yönəlib.
BMT-nin 1991-ci ildə qəbul etdiyi Ahıl İnsanlar üzrə Prinsiplər beş əsas istiqaməti əhatə edir: müstəqillik, iştirak, qayğı, özünüreallaşdırma və ləyaqət. Prinsiplərdə ahıl insanların cəmiyyət həyatında fəal iştirak etmək, bilik və bacarıqlarını gənc nəsillərlə bölüşmək, təhsil, mədəniyyət və istirahət imkanlarından yararlanmaq hüquqları da vurğulanır.
Ahılların cəmiyyət həyatında fəal iştirakı, onların təcrübə və biliklərindən yararlanılması, hüquq və ləyaqətlərinə hörmət göstərilməsi nəsillər arasında əlaqələrin və sosial həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm məsələlər sırasında yer alır.

