Təhsil 365 - Logo Mobile

Kimya İnstitutunda Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub

8402.10.2026 - 12:30
Kimya İnstitutunda Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın Əsasları” Federal Tədqiqat Mərkəzinin (FRC “Biotexnologiya RAS”) Neft Mikrobiologiyası Laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Yekaterina Mixaylovna Semenova ilə görüş keçirilib. Laboratoriyanın əsas fəaliyyət istiqamətlərini yeraltı ekosistemlərdə və neft yataqlarında mikrob icmalarının öyrənilməsi təşkil edir. Yekaterina Semenova mikrobiologiya və biotexnologiya sahələrində tədqiqatlar aparır.

Bu barədə “Tehsil365” xəbər verir ki, görüş zamanı laboratoriya müdiri İradə Eyvazova və baş elmi işçi Könül Qəhrəmanova ilə işgüzar söhbət aparılıb. Söhbət zamanı əsas tədqiqat istiqamətləri, əməkdaşlıq perspektivləri, birgə tədqiqatların mümkün sahələri, həmçinin mikrobiologiya və biotexnologiya üzrə birgə elmi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Daha sonra Yekaterina Mixaylovna Semenova Kimya İnstitutunun “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının mikrobioloji tədqiqat bölməsi ilə tanış olub, laboratoriyanın əməkdaşları Təranə İbrahimova, Aygün Alməmmədova və Aytac İsmayıllı ilə görüşüb.

Müzakirələr zamanı karbohidrogenlərin transformasiyasında iştirak edən mikroorqanizmlərin öyrənilməsi, neftoksidləşdirici mikroorqanizmlərin tədqiqi, həmçinin torpağın, suyun və neft avadanlıqlarının neftlə çirklənməsinin aradan qaldırılması məqsədilə biopreparatların hazırlanması istiqamətində əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilib. Eyni zamanda, birgə tədqiqatların aparılması və elmi təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Görüşün sonunda Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın Əsasları” Federal Tədqiqat Mərkəzinin mütəxəssisləri arasında gələcək elmi əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün perspektivli istiqamətlər müəyyənləşdirilib.

Nilay Hüseynli

Xəbər Lenti

Qarabağ Universitetində yeni təşəbbüslər təqdim edilib02.10.2026 - 16:31
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb02.10.2026 - 16:17
Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub02.10.2026 - 15:44
Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb02.10.2026 - 15:37
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur02.10.2026 - 15:27
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək02.10.2026 - 15:20
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır02.10.2026 - 15:15
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib02.10.2026 - 15:10
Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı02.10.2026 - 15:01
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq02.10.2026 - 14:54
Tanımış jurnalist, səyyah Azər Qərib BDU tələbələri ilə görüşüb02.10.2026 - 14:45
Rektor BP-nin AzMİU-ya dəstəyindən danışdı: “6-7 laboratoriya yaradılıb”02.10.2026 - 14:38
Təhsil işçilərinə təltiflər təqdim edilib02.10.2026 - 14:21
BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim02.10.2026 - 13:34
AzTU-da “Almaniyada təqaüdlü təhsil fürsətləri” mövzusunda məlumatlandırma sessiyası keçirilib02.10.2026 - 13:20
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar keçirilib02.10.2026 - 13:07
Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb02.10.2026 - 13:02
Ötən ay BŞTİ-yə 19 897 müraciət daxil olub02.10.2026 - 12:55
ADU və Ege Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.10.2026 - 12:40
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub02.10.2026 - 12:37
UNEC-dən yeni əməkdaşlıq02.10.2026 - 12:24
MDU Elmi Şurasının növbədənkənar toplantısı baş tutub02.10.2026 - 12:20
1 Oktyabr Beynəlxalq Musiqi Günüdür01.10.2026 - 19:00
1 Oktyabr Ahıllar günüdür01.10.2026 - 18:35
Gənclərin ictimai həyatda fəallığı niyə vacibdi?01.10.2026 - 18:10
Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri müzakirə olunub01.10.2026 - 17:53
Masallı rayonunda şagird gözündən xəsarət aldı Araşdırma aparılır01.10.2026 - 17:40
Tacikistanlı sənətçi Azərbaycan mədəniyyətini yaşatmaq istəyir01.10.2026 - 17:31
Azərbaycanın mədəni irsi Zaqrebdə təqdim olundu01.10.2026 - 17:22
Fariz İsmayılzadə: Təhsil sistemi cəmiyyətdəki texnoloji dəyişikliklərdən geri qalır01.10.2026 - 17:15
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb01.10.2026 - 16:50
İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb01.10.2026 - 15:35
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq01.10.2026 - 15:25
“Sərhədsiz incəsənət” sərgisi keçirilib01.10.2026 - 15:17
Gürcüstan hökuməti Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyini artırır01.10.2026 - 15:03
Bakıda Bülbülün vəfatının 65-ci ildönümü ilə əlaqədar tədbir keçirilib01.10.2026 - 14:57
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib01.10.2026 - 14:45
Şəhid Mahmud Əhmədovun qızı məktəbəqədər hazırlıq kursuna başladı01.10.2026 - 14:37
Xəzər Universitetində baytarlıqda dental rentgen aparatından istifadə olunur01.10.2026 - 14:30
Paytaxt üzrə 17 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub01.10.2026 - 14:23
ADU-da I kurs tələbələri üçün psixoloji seminar keçirilib01.10.2026 - 14:00
ADU-da İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri magistrantlarla görüşüb01.10.2026 - 13:53
ADU-da süni intellekt üzrə ödənişsiz təlim keçiriləcək01.10.2026 - 13:46
BMU-dan müdafiə sənayesində bir sıra yeniliklər01.10.2026 - 13:08
Dövlət qulluqçularının pedaqoji fəaliyyətində dəyişiklik01.10.2026 - 13:00
Anar Cahangirli: Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır01.10.2026 - 12:53
Erol Özvar Türkiyə-Azərbaycan Universitetində01.10.2026 - 12:35