Təhsil 365 - Logo Mobile

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

8602.10.2026 - 13:34
BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün “Elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması” mövzusunda növbəti təlim keçirilib.

Bu barədə “Tehsil365”ə BDU-dan bildirilir ki, BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov təlimdə elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, müasir elmi resurslar və akademik məlumat bazalarından səmərəli istifadə, elmi ədəbiyyatın sistemli şəkildə axtarışı və seçilməsi, elmi nəşrlərin beynəlxalq təsirinin artırılması ilə bağlı məsələlərdən bəhs edib.

İştirakçılara elmi tədqiqat və nəşr prosesində etibarlı akademik mənbələrdən istifadə, müvafiq elmi ədəbiyyatın müəyyənləşdirilməsi və qiymətləndirilməsi, elmi məqalələrin beynəlxalq elmi auditoriyaya çıxış imkanlarının genişləndirilməsi ilə bağlı məlumat verilib.

Bununla yanaşı, elmi məqalələrin nəşri üçün uyğun jurnalların seçilməsi, jurnalların elmi göstəricilərinin və beynəlxalq elmi məlumat bazalarında indekslənmə statusunun qiymətləndirilməsi, elmi nəşrlərin sitat təsirinin artırılması üzrə yanaşmalar diqqətə çatdırılıb.

Qeyd edək ki, silsilə təlimlər BDU-da elmi-tədqiqatların keyfiyyətinin davamlı yüksəldilməsi, professor-müəllim heyətinin müasir elmi resurs və nəşr imkanlarından səmərəli istifadəsinin dəstəklənməsi, tədqiqat nəticələrinin, universitetin elmi potensialının daha geniş tanıdılması məqsədilə həyata keçirilir.

Nilay Hüseynli

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nü