Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
“Tehsil365” xəbər verir ki, Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyevin oktyabrın 2-də imzaladığı sərəncama əsasən, Misir Mərdanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.

