BDU-da süni intellektlə bağlı təlim keçiriləcək
“Tehsil365” xəbər verir ki, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək.
Təlimdə süni intellektin tədrisdə tətbiqi, dərs planlarının və materialların hazırlanması, məlumatların yoxlanılması və tələbə məlumatlarının qorunması kimi məsələlər müzakirə olunacaq. Təlim 7 oktyabr tarixində keçiriləcək.

