Xəzər Universiteti ADEX 2026-da iki mühəndislik layihəsi ilə təmsil olunub
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub.
Universitetin tələbələri tərəfindən hazırlanan Robot Tank və Pilotsuz Uçuş Aparatı (UAV) sərgidə nümayiş etdirilib.
Layihələr elektrik-elektronika, mexanika mühəndisliyi və kompüter elmləri üzrə əldə olunan biliklərin praktiki tətbiqini nümayiş etdirir.

