29 sentyabr tarixində T. Abbasov adına Baxçakürd kənd tam orta məktəbində rəhbərliyin təşkilatçılığı ilə növbəti Pedaqoji Şura iclası keçirildi.
“Təhsil365” xəbər verir ki,İclasın gündəliyində 2026–2027-ci tədris ili ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olundu:
2026–2027-ci tədris ili üçün məktəbəqədər hazırlıq qrupunun təşkili və hazırlıq işlərinin vəziyyəti;
2026–2027-ci tədris ilində dərnəklərin təşkili məsələsi;
5 Oktyabr – “Müəllimlər Günü” ilə əlaqədar görüləcək işlər və davranış qaydalarına riayət olunması.
Müzakirə olunan məsələlərlə bağlı müvafiq fikir mübadiləsi aparıldı və qarşıda duran vəzifələr müəyyənləşdirildi.

