Oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Facebook” səhifəsində paylaşım edilib.
“Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir. Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!”, - deyə paylaşımda qeyd olunub.

