Respublika Gözdən Əlillər Kitabxanasında fransız yazıçısı Jül Vernin “Kapitan Qrantın uşaqları” romanına həsr olunmuş video təqdimat hazırlanıb.
Bu barədə “Tehsil365” ə Respublika Gözdən Əlillər Kitabxanasından məlumat verilib bildirilib ki,Kitabxanadan bildirilib ki, videoçarx kitabxana əməkdaşı Zəkəriyyə Qurbanov tərəfindən hazırlanıb.
Təqdimatda qeyd olunub ki, yüzə yaxın romanın müəllifi olan Jül Vern öz dövrünün böyük təsir gücünə malik yazıçılarından biridir. Onun əsərlərində dünyanın müxtəlif qitələri, dəniz və okeanlar, səyahətlər və elmi kəşflər geniş təsvir olunur.
“Kapitan Qrantın uşaqları” romanında Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin təbiəti, maraqlı macəralar və gözlənilməz hadisələr yer alıb. Əsər yazıçıya xas incə yumor və nikbin ruhu ilə seçilir.

