Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 16 təhsil işçisi təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri yüksək nəticələrə və səmərəli fəaliyyətlərinə görə təltif olunub.
“Tehsil365” xəbər verir ki, bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə şimal-qərb bölgəsi üzrə 3 təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 13 təhsil işçisinə isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

